About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiya təsviri: Vəzifə haqqında məlumatlar: Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Daşkəsən rayonu üzrə Qəza-bərpa,texniki baxış və təmir-bərpa xidməti Peşənin adı: xətt baxıcısı Dərəcə (ƏÖD): 04 Vəzifə maaşı: 3,84 AZN /saatlıq Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 27 Vəzifə funksiyaları: İllik plana uyğun orta təzyiqli qaz xətlərinə və bütün qaz avadanlıqlarına (QPS, QTM, QTŞ və s.) texniki baxışa nəzarət etmək; Qaz şəbəkəsi avadanlıqlarının vizual müayinəsini aparmaq və yararlılığını yoxlamaq; Yivli və qaynaq birləşmələrinin kipliyini qazanalizator və digər vasitələrlə yoxlamaq; Aşkar edilmiş qaz sızmalarını raportda qeyd etmək; Qaz təchizatının dayandırılması tələb olunduqda bunu raportda qeyd edərək xidmət rəhbərinə məlumat vermək; Texniki xidmət və nasazlıqlarla bağlı məlumatların raportlarda düzgün qeyd edilməsinə nəzarət etmək; Qəza təhlükəsi yaradan nöqsanlar aşkar edildikdə dərhal “104” xidmətinə və ya qəza-dispetçer xidmətinə məlumat vermək; Xarici qaz kəmərlərinin texniki baxışının müəyyən edilmiş prosedura uyğun aparılmasını təmin etmək; Marşrut xəritələrinə əsasən yerüstü qaz kəmərlərinə ildə ən azı 4 dəfə baxış keçirmək; Yerüstü qaz kəmərlərinin sızma, dayaqlar, armatur, rəngləmə, bərkitmə və digər texniki vəziyyətini yoxlamaq, nəticələri jurnalda qeyd etmək; Yeraltı qaz kəmərlərində qaz sızmalarını qrafik üzrə vaxtında aşkar etmək; Yeraltı qaz kəmərləri ətrafındakı quyularda, zirzəmilərdə, şaxtalarda və digər qurğularda qazın mövcudluğunu yoxlamaq, xəbərdarlıq nişanlarına və quyuların vəziyyətinə nəzarət etmək; Yeraltı qaz kəmərində sızma aşkar edildikdə dərhal xidmət rəisinə məlumat vermək; Qəza-bərpa briqadası gələnədək ərazidə təhlükəsizlik tədbirlərini təmin etmək; Qaz kəmərlərinin mühafizə zonasının pozulması və qanunsuz tikinti halları barədə rəhbərliyə məlumat vermək; Qazanalizatorla işləyərkən əmək təhlükəsizliyi qaydalarına riayət etmək; İstifadə olunan cihaz və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq. Bilməlidir: “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini; “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini; Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini) Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta təhsil, İş təcrübəsi tələb edilmir, Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma: Təmin edilmir Son müracuiət tarixi: 16.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr .aze rigas@socar .az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.