About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiyanın təsviri: Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İdarəetmə aparatı Struktur vahidi: Strategiya və layihələrin idarə olunması şöbəsi Vəzifənin adı: Böyük mühəndis Dərəcə: 15 (ƏÖD) Vəzifə maaşı: 2183,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Xətai rayonu, Yusif Səfərov küçəsi 35. Vəzifə funksiyaları: KPI-ların texniki əsaslandırılması və faktiki icra səviyyələrinin monitorinqini aparmaq; Enerji, təchizat, istismar və texniki xidmət sahəsində performans göstəricilərini təhlil etmək; Birliyin strateji hədəflərinə uyğun ssenari modellərini hazırlamaq və təkliflər vermək; Mövcud proseslərin “Lean”, “Six Sigma” və ya “Kaizen” prinsipləri əsasında xəritələndirilməsini təkmilləşdirmək; Rəqəmsal alətlərin tətbiqi ilə proses səmərəliliyinin artırılması üzrə texniki dəstək vermək; Strateji layihələrin texniki cəhətdən monitorinqi və inkişaf dinamikasını izləmək; Rəqəmsallaşdırma, modernizasiya və avtomatlaşdırma layihələrində iştirak etmək; PMO (Project Management Office) çərçivəsində layihə fəaliyyətlərinin texniki qiymətləndirilməsini həyata keçirmək; İllik və rüblük strateji hesabatlar üçün texniki təhlil aparmaq və əlavələr hazırlamaq; ƏMTT məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq. Bilməlidir: Sahəsinə uyğun Azərbaycan Respublikasının Qanunvericiliyini; CAPEX prosesləri haqqında dərin bilikləri, maliyyə məlumatlarını təhlil etməyi və tikinti strategiyalarına tətbiq etməyi; Güclü problem həlli yanaşması ilə güclü analitik bacarıqları; Müxtəlif maraqlı tərəflərə mürəkkəb maliyyə ideyalarını ifadə etmək bacarığı; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni; İqtisadi proqnozlaşdırmanı; İngilis dili (yuxarı səviyyə); MS Ofis proqramları (Excel, Word, Outlook) - yaxşı səviyyədə. Təhsil və iş təcrübəsinə dair tələblər Tələb edilən təhsil - müvafiq sahə üzrə ali təhsil; İş təcrübəsi - müvafiq sahə üzrə mütəxəssis vəzifələrində 4 il iş təcrübəsi. Digər məlumatlar: Tibbi sığorta - təmin edilir; İş yerinə çatdırılma - təmin edilmir. Son müraciət tarixi: 18.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.