About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiya təsviri: Vəzifə haqqında məlumatlar: Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Tovuz rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD): 04 Vəzifə maaşı: 3.84 AZN /saatlıq Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Tovuz şəhəri,Ə.Cavad küçəsi-7 Vəzifə funksiyaları: Sayğacların planlı və növbədənkənar dəyişdirilməsi, quraşdırılması, çıxarılması və texniki baxışını həyata keçirmək; Sayğac və ölçü cihazlarında nasazlıqları aşkar etmək, təmir, sazlama, sınaq və yustirlənmə işlərini aparmaq; Aylıq sayğac göstəricilərini toplamaq, qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək; Qaz şəbəkəsi və avadanlıqlarına texniki baxış keçirmək, sızmaları aşkar edib qarşısını almaq; Abonentlərə bildiriş təqdim etmək, borc və ödəniş qaydaları barədə məlumat vermək; Müvafiq siyahılar əsasında qaz təminatını dayandırmaq və bərpa etmək; Qaz xətləri, sayğac və cihazlara qanunsuz müdaxilələrin qarşısını almaq, aşkar edilmiş hallar barədə rəhbərliyə və 104 xidmətinə məlumat vermək; Qaynaqla qaz kəsilməsi işlərində iştirak etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək; Abonentlərə nəzakətli və keyfiyyətli xidmət göstərmək. Bilməlidir: Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta təhsil İş təcrübəsi tələb edilmir Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma: Təmin edilmir Son müraciət tarixi: 16.10.2026 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.