About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiyanın təsviri: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Salyan Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Hacıqabul rayonu üzrə Sayğac əməliyyatları xidməti Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər İş yeri: (Hacıqabul şəhəri) Dərəcə (ƏÖD): 04 Saatlıq əmək haqqı: 3,84 AZN Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Hacıqabul şəhəri, S.Almazov küçəsi 14 Vəzifə funksiyaları: Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini icra etmək; Sayğaca texniki baxışın keçirilməsi, qüsurların qeydiyyatının aparılmasını icra edilməsi; Yararsız, işləməyən, müdaxilə, müraciət əsasında sayğacın əvəzlənməsi və ya çıxarılmasını həyata keçirmək; Nəzarət ölçü cihazlarının təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsi, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunun qoyulmasını həyata keçirmək; Texniki baxışın nəticələrinə əsasən sızma hallarının qarşısının alınmasını həyata keçirmək; Texniki baxışın nəticələrinə əsasən qaynaq tələb olunan sızma hallarının qarşısının alınmasını üçün məlumatların müvafiq komandaya təqdim etmək; Aylıq sayğac oxuma prosesini icra etmək (göstəricilərin götürmək); Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək; Qaynaqla qaz kəsimi zamanı prosesdə iştirak etmək; Müdaxilə, qanunsuz yerdəyişmə, quraşdırmalar aşkarlandığı təqdirdə dərhal xidmət rəhbərliyinə və 104 №-li telefon nömrəsinə operativ məlumat vermək; Abonentlərlə mülayim, səmimi rəftar etməklə xidmət göstərmək. Bilməlidir: Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta təhsil. İş təcrübəsi tələbi yoxdur. Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar: Tibbi sığorta - təmin edilir İş yerinə çatdırılma - təmin edilmir İş yeri : Salyan RQİİ, Hacıqabul şəhəri Son müraciət tarixi: 15 Oktyabr 2026-cı il SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.