About this role
Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR DOWNSTREAM Management Struktur vahidi: Maliyyə nəzarəti Vəzifənin adı: Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis Vəzifənin icra etdiyi funksiyalar: Aylıq maliyyə nəticələrinin təhlilini aparmaq; Büdcə və faktiki göstəricilər arasında fərqlərin (variance analysis) araşdırılmasını həyata keçirmək və səbəblərini müəyyən etmək; İstehsal, əməliyyat və inzibati xərclərin monitorinqini və təhlilini aparmaq; Maya dəyərinin formalaşmasına təsir edən amilləri təhlil etmək və optimallaşdırma imkanlarını müəyyən etmək; Maliyyə nəzarəti prosedurlarının tətbiqini və davamlı təkmilləşdirilməsini təmin etmək; SAP ERP və digər informasiya sistemlərindən əldə olunan məlumatların düzgünlüyünü yoxlamaq və təhlil etmək; Rəhbərlik üçün müntəzəm maliyyə hesabatları, təqdimatlar və analitik arayışlar hazırlamaq; Daxili və xarici audit proseslərində iştirak etmək və tələb olunan məlumatları təqdim etmək; Yeni investisiya, layihə və təşəbbüslərin maliyyə təsirlərini qiymətləndirmək; Maliyyə siyasətləri, prosedurlar və daxili nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək. Vəzifə üzrə işə qəbul tələb: Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (MBA və PhD dərəcəsi üstünlükdür); ACCA, CIA, CIMA və ya digər beynəlxalq peşəkar sertifikatların tam və ya qismən əldə olunması üstünlükdür; Maliyyə təhlili, idarəetmə uçotu, büdcələmə və maliyyə nəzarəti üzrə güclü nəzəri biliklər; MS Excel proqramını yüksək səviyyədə bilmə; SAP ERP və ya digər ERP sistemləri ilə işləmə bacarığı; Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmə.