About this role
ÜMUMİ MƏLUMATLAR Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: 6 saylı tikinti quraşdırma bölümü Kateqoriya: Supervayzer Vəzifənin adı: kapitan Dərəcə: 09 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: • Gəminin (sualtı kabellərin çəkilməsi üzrə ixtisaslaşdırılmış kərəcə və ya barja) qəbul edilməsi və təhvil verilməsi; • Gəminin istismara buraxılması (istismardan çıxarılması) və üzməyə hazırlanması; • Yüklərin gəmiyə qəbul edilməsi; • Gəminin idarə edilməsi; • Fövqəladə hallarla mübarizə aparılması; • Gəminin limanda dayanması; • Gəminin təmir edilməsinə nəzarət. KVALİFİKASİYA TƏLƏBLƏRİ: Müvafiq sahə üzrə 2 il iş stajı (ali təhsili olduqda) Müvafiq sahə üzrə 3 il iş stajı (orta ixtisas təhsili olduqda) Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kapitan ixtisasına aid olan aşağıdakı sertifikatlarına malik olmalıdır: İşçi diplomu; İnsan həyatının dənizdə qorunması (Solas); Gəminin mühafizəsi təlimatı (NBJS); Beynəlxalq kodeks: Təhlükəsizliyin idarəedilməsi (MKUB); Gəmilərin limanda mühafizəsi (OSPS) BİLMƏLİDİR: • Daxili dəniz nəqliyyatının əsasnaməsini; • Özü yeriməyən gəmilərə aid gəmiçilik tərəfindən təsdiq olunmuş əmr və sərəncamları; • Barjaların (kərəçələrin) texniki istismar və saxlanma qaydalarını; •Yüklənmə, təmizlənmə və suyun boşaldılması işləri zamanı texniki şərtləri, təlimatları; • Barjaların (kərəçələrin) mexanizmlərinin, avadanlıqlarının və sınaq qurğularının istismarı qaydalarını; • Barjaların (kərəçələrin) təmirə ehtiyacı olduqda sifarişin tərtib edilməsi, verilməsi qaydalarını; • Əməyin mühafizəsi, istehsalat sanitariya, yanğından mühafizə, ətraf mühitin qorunması qaydalarını. VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR: Dərketmə, Dürüstlük, Etik davranış, Məsuliyyət, Mühakimə, Nizam-intizam, Peşəkarlıq, Problem analiz etmə, Şifahi özünüifadə, Stresin idarə edilməsi, Yazılı özünüifadə, Dəniz nəqliyyatı vasitəl. texniki xidmət Tətbiqetmə Dəniz nəqliyyatı vasitələrinin təmiri ƏMƏK HAQQI MƏLUMATLARI: Əmək haqqı: 1247 azn Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Elanın bitmə tarixi: 07.08.2026-cı il