About this role
Long Description Vəzifənin adı: Layihələr üzrə Böyük Mühəndis SOCAR Downstream MMC, Layihələr Departamenti "Layihələr üzrə Böyük Mühəndis" vəzifəsi üzrə vakansiya elan edir.
- Əsas vəzifə öhdəlikləri: Layihələrə təhkim olunduqda: Podratçı təşkilatlatın hazırladığı layihələrə, nasosların, kompressorların, turbinlərin texniki sənədlərinə (spesifikasiyalar, texniki çizgilər, satınalma tələbnaməsi, təkliflərin texniki qiymətləndirilməsi, hesabatlar və s.) Mexaniki Spesifikasiyalara/ən yaxşı partikalara/norma və standartlara uyğuluğu üzrə rəylərin verilməsi və Podratçıların sorğularının cavablandırılması; Kontraktorlar, İstehsalçılar və digər tərəflərlə Texniki İclaslarda Sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək; Kontraktorlar, İstehsalçılar və digər tərəflərlə, departamentlərlə işin başlanma, ilkin razılaşma iclaslarında iştirak etmək və mexanika sahəsi üzrə tələbləri aydınlatmaqla texniki suallara cavab vermək; İşlər həcmində müəyyən edilmiş norma və qaydalardan kənaraçıxmalar (Deviation) üzrə sorğular olduqda Layihə menecerlərinə qərarın verilməsində texniki dəstək; Elektron və rəsmi məktubalara cavabların hazırlanması üzrə Texniki tərəfdən dəstək; Sahə komandası tərəfindən təklif edilən modifikasiyaların, mühəndislik təkliflərinin texniki dəyərləndirilməsi, uyğunluğunun yoxlanılması; 2.
- Daxili layihələrdə Mexnaika mühəndisi kimi təhkim edildikdə: Layihə Spesifikasiyalarının, texniki məlumat cədvəlinin, işlər həcminin, Satınalma tələbnamələrinin hazırlanması; Təkliflərin texniki qiymətləndirilməsi hesabatının hazırlanması, istehsalçılarla texniki iclaslarda sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək; İstehsalçılarla işin başlanma, ilkin razılaşma iclaslarında iştirak etmək və mexanika sahəsi üzrə tələbləri aydınlatmaqla texniki suallara cavab vermək; Sifariş sonrası istehsalçı sənədlərinin yoxlanılması, dəyərlənidirilməsi; Təhlükə və işləmə qabiliyyətinin yoxlanılması iclaslarında, texniki cizimlərin yoxlanılması iclaslarında iştirak etmək; İşlər həcmində müəyyən edilmiş norma və qaydalardan kənaraçıxmalar (Deviation) üzrə sorğuların dəyərləndirilməsi; İşlər həcminin tamamlanması üçün lazımi əlavə işlərin və ya modifikasiyaların dəyərləndirilməsi, təstiqlənməsi; Mühəndislik sahəsinin digər depatamentlərinə qurğuların düzgün seçilməsi, ölçüləri və digər Mexanika sahəsi üzrə tələb olunan texniki dəstəyin verilməsi; Elektron və rəsmi məktubalara cavabların hazırlanması üzrə Texniki tərəfdən dəstək; Sahə işləri zamanı təmir, tikinti, keyfiyyətə nəzarət departamnetlərinə dəstək; Layihə üzrə sərf edilən iş saatına və proqresə nəzarət. . Namizədə tələblər: Mexanika mühəndisliyi üzrə magistratura təhsili; Neft-Qaz sektorundakı əsas kontraktorlarla iş təcrübəsi və fırlanan avadanlıqların dizayı üzrə minimum 8 illik təcrübə; Müstəqil olaraq mühəndsilik prinsiplərinə, prosedurlara və standartların tələblərinə uyğun şəkildə işin icrası; Dəyişikliklərə adaptasiya; Təklifin dəyərləndirilməsinən, dizayn və layihələndirmədən, mühəndis hesablamalarından, xərclərin qiymətlənidirlməsindən sifarişçi rəylərinə qədər bütün layihə ilə əlaqəli mexanika mühəndisliyi işlərində işləməyi bacarmalıdır; Dizayn mərhələsinin mexanika mühəndisliyinə dair bütün məsələlərdə digərlərini SƏTƏM qaydalarına riayət etmək üçün yönləndirməlidir; Layihə və mühəndislik komandasındakı kiçik və aparıcı mühəndislərə mentorluq; Nasoslar, Kompressorlar və Turbinlər kimi fırlanan avadanlıqların prinsipləri və API, ISO və s. kimi müvafiq Beynəlxalq Standartları üzrə dərin biliklər.
İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu) Son müraciət tarixi: 16 Noyabr 2026 Vakansiya və ya müsabiqə mərhələləri ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, +994 51 233 65 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.