Now hiring

mühəndis (Digər, AZ) @ SOCAR

Digər, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vəzifə funksiyaları Texniki istismar şöbəsinin mühəndisinin vəzifə funksiyaları Qaz şəbəkəsinin texniki baxış, xidmət və müayinə qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək. Qaz kəmərləri, QTM-lər, EKM qurğuları və avtomatik idarəetmə sistemlərinin texniki istismarını təşkil etmək. Aşkar edilmiş nasazlıqlar üzrə təmir təkliflərini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək. Qazlaşdırma işlərinin layihə-smeta sənədlərini yoxlamaq və istismara qəbul üzrə rəy vermək. Qaz şəbəkəsi ilə bağlı müraciətləri araşdırmaq və məlumat bazasını yeniləmək. Qəza və təmir işləri zamanı itirilmiş qazın həcmini hesablamaq. Qaz kəmərlərinin diaqnostikasını və texniki qiymətləndirilməsini təşkil etmək. Qaz təchizatı üzrə texniki şərt, texniki rəy və layihə sənədlərinin hazırlanmasında iştirak etmək. Qaz kəmərləri və avadanlıqların sxem və eskizlərini hazırlamaq. Fərdi yaşayış evlərinin qazlaşdırılması üzrə sənədləri qəbul etmək və aidiyyəti üzrə təqdim etmək. Podrat təşkilatlarının yerinə yetirdiyi işlərin uçotunu aparmaq. Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etmək. Bilməlidir •Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında qanun" və “Qazdan istifadə Qaydaları”nı; •“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı; •“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı; •Tikinti norma və qaydalarını; •Layihə Smeta Sənədlərinin oxunmasını; •Təbii qaz itkilərinin yaranma səbəblərini və aradan qaldırılması yollarını; •Qaz təsərrüfatında elm və texnikanın son nailiyyətlərinə cavab verən avadanlıq, cihaz və sayğacların tətbiqi barədə məlumatları; •İstismarda olan qaz avadanlıqlarına texniki xidmətin göstərilməsi qaydalarını və bu işlərin mövcud qaydalara uyğun olaraq sənədləşdirilməsini; •Qaz kəmərlərinin korroziyadan aktiv və passiv mühafizə qaydalarını, katod, drenaj və protektor qurğularının iş prinsipini; •Qaz kəmərləri və qurğularında aparılmış işlər barədə istismar pasportlarında müvafiq qeydiyyatların aparılmasını; •Texnoloji itkilərin hesabatını, qaz kəmərlərinin kipliyə və möhkəmliyə yoxlanılması qaydalarını. Kvalifikasiya tələbləri müvafiq sahə üzrə bakalavr təhsili və müvafiq sahə üzrə 1 il iş təcrübəsi Vəzifə tarif maaşı Vəzifə tarif maaşı-1.090 manat SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir Digər məlumatlar Tibbi sığorta təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores