About this role
Vəzifə funksiyaları Böyük mühəndisin vəzifə funksiyaları Qaz təchizatı layihələrinin sxemlərini hazırlamaq. Qaz infrastrukturu üzrə layihələrin hazırlanmasını və koordinasiyasını təmin etmək. Tikinti və əsaslı təmir proqramları üçün situasiya planlarını hazırlamaq. Layihələrin icra qrafiklərini tərtib etmək və icrasına nəzarət etmək. Layihələrin icrası üzrə hesabatlar hazırlamaq. Layihəçi təşkilatların işlərinə texniki nəzarət etmək və layihələrin normativ tələblərə uyğunluğunu yoxlamaq. Layihələrin icrası zamanı texniki dəstək və məsləhət vermək. Layihələrin keyfiyyətinə nəzarət etmək və texniki ekspertiza aparmaq. Layihə sənədlərinin arxivləşdirilməsini və uçotunu təmin etmək. GİS məlumatlarını emal etmək, xəritəyə işləmək və məlumat bazalarını yeniləmək. Tikinti və əsaslı təmir işlərinin faktiki icrasını monitorinq etmək və GİS sistemində əks etdirmək. Tikinti sahələrinin ilkin vəziyyətini sənədləşdirmək və hesabatlar hazırlamaq. Tikinti və əsaslı təmir işləri üzrə hesabatlılığı təmin etmək. Yeni tikilən və yenidən qurulan obyektlər üzrə tras və torpaq ayrılması ilə bağlı razılaşdırmaları həyata keçirmək, zərurət olduqda aidiyyəti üzrə vəsatət qaldırmaq. Vəzifə fəaliyyəti ilə bağlı müraciət və məktubları cavablandırmaq. Peşə bilik və bacarıqlarını daim inkişaf etdirmək. Komissiyaların işində iştirak etmək. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəyyən edilmiş tələblərə əməl etmək. Bilməlidir •“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı; •“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı; •Qaz xətlərinin sxemlərinin oxunmasını; •"Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı. Kvalifikasiya tələbləri Müvafiq sahə üzrə bakalavr təhsilli və müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi Vəzifə tarif maaşı Vəzifə tarif maaşı- 1.212 manat SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir Digər məlumatlar Tibbi sığorta təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)