About this role
Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR DOWNSTREAM MANAGEMENT Struktur vahidi: Maliyyə nəzarəti Vəzifənin adı: Maliyyə nəzarəti üzrə mütəxəssis Vəzifənin icra etdiyi funksiyalar: Aylıq maliyyə nəticələrinin təhlilini aparmaq; Büdcə və faktiki göstəricilər arasındakı fərqlərin təhlilini aparmaq və izahlarını hazırlamaq; İstehsal, əməliyyat və inzibati xərclərin monitorinqini həyata keçirmək; Məhsul və istehsal sahələri üzrə maya dəyəri analizlərinin hazırlanmasına dəstək vermək; Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq və təhlil etmək; SAP ERP və digər informasiya sistemlərindən məlumatların əldə edilməsi və emalını həyata keçirmək; Maliyyə göstəriciləri üzrə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq; Büdcə hazırlanması və proqnozlaşdırma proseslərində iştirak etmək; Daxili nəzarət prosedurlarının tətbiqinə dəstək göstərmək; Audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq; Rəhbərlik tərəfindən tələb olunan maliyyə təhlillərini və xüsusi hesabatları hazırlamaq. Vəzifə üzrə işə qəbul tələbləri: Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (MBA dərəcəsi üstünlükdür); ACCA, CIA, CIMA və ya digər beynəlxalq peşəkar sertifikatların tam və ya qismən əldə olunması üstünlükdür; Maliyyə təhlili, idarəetmə uçotu, büdcələmə və maliyyə nəzarəti üzrə güclü nəzəri biliklər; MS Excel proqramını yüksək səviyyədə bilmə; SAP ERP və ya digər ERP sistemləri ilə işləmə bacarığı; Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmə.