About this role
- Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək.
- Yanğın risklərinin qiymətləndirilməsi və aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.
- Yanğın siqnalizasiya, xəbərdarlıq və söndürmə sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək.
- Avtomatik yanğınsöndürmə sistemlərinin (su, qaz, toz, köpük əsaslı) layihələndirilməsi və quraşdırılmasına nəzarət etmək.
- Mövcud sistemlərin texniki baxışını və profilaktik təmirini təşkil etmək.
- Yanğın kranları, hidrantlar, nasoslar və digər avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək.
- Yanğın təhlükəsizliyi üzrə təlimatlar, planlar və prosedurlar tərtib etmək.
- Obyektlərin yanğın təhlükəsizliyi üzrə texniki pasportlarını və hesabatlarını hazırlamaq.
- Fövqəladə hallarda fəaliyyət planlarını (evakuasiya sxemləri, yanğın zamanı hərəkət planları və s.) işləyib hazırlamaq.
- İşçilər üçün yanğın təhlükəsizliyi və davranış qaydaları üzrə mütəmadi təlimlər keçirmək.
- Tədris və təlim məşqləri (praktiki yanğın təlimləri) təşkil etmək.
- Yanğınsöndürmə və evakuasiya üzrə personalın hazırlıq səviyyəsinə nəzarət etmək.
- Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq və pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək.
- Dövlət yanğın nəzarəti orqanları ilə əməkdaşlıq etmək.
- Müəssisə daxilində yanğın təhlükəsizliyi üzrə daxili audit aparmaq.
- Fövqəladə hallar zamanı xilasetmə əməliyyatlarını planlaşdırmaq və koordinasiya etmək.
- İnsanların təhlükəsiz evakuasiyasını təmin etmək.
- Xilasetmə avadanlıqlarının (nəfəs aparatları, xüsusi geyimlər, kəsici alətlər və s.) saz vəziyyətdə saxlanmasına nəzarət etmək.
- Yanğın, partlayış və ya digər qəza hallarında dərhal müdaxilə etmək.
- Təhlükə zonasında olan şəxslərin təxliyəsinə rəhbərlik etmək.
- Hadisə yerində fövqəladə hallar xidmətləri ilə birgə fəaliyyət göstərmək.
- Yanğın və qəza hadisələrinin səbəblərini araşdırmaq.
- Təkrarlanmaması üçün profilaktik tədbirlər planı hazırlamaq.