Now hiring

Böyük mühəndis (Lənkəran RQİİ) (Lənkəran, Lənkəran, AZ, Lənkəran ş) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.

Vəzifə haqqında məlumatlar; Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Mühəndislik və layihə şöbəsi Vəzifənin adı: Böyük mühəndis Dərəcə (ƏÖD): 12 Əmək haqqı: 1212 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 169 Vəzifə funksiyaları; Qaz infrastrukturu üzrə mühəndislik işlərini koordinasiya etmək, layihə sxemləri, situasiya planları və iş cədvəllərini tərtib etmək; Layihə cədvəllərinə uyğun icraya və keyfiyyətə texniki nəzarət etmək, texniki ekspertiza və konsultasiya dəstəyi göstərmək; Layihə sənədlərini qaydalara uyğun arxivləşdirmək; Qazlaşdırılan binalarda qəza əleyhinə qaz kəsici qurğuların və alov sönməsinə qarşı təhlükəsizlik avtomatikası olan cihazların tətbiqini təmin etmək; Qaz şəbəkələrini Coğrafi İnformasiya Sistemlərinə (GİS) işləmək, məlumat bazasını yeniləmək və yerlərdə monitorinq apararaq faktiki işləri sistemə daxil etmək; Tikinti sahələrinin ilkin vəziyyəti və görülmüş tikinti-təmir işləri üzrə hesabatlılığı aparmaq, proseslərə uzaqdan rəqəmsal nəzarət mexanizmini (EyesOnSite) tətbiq etmək; Yeni və ya yenidən qurulan obyektlərin (qaz kəmərləri, QTM, bina və s.) tras və torpaq ayrılmasını yerli qurumlarla razılaşdırmaq, səlahiyyət xaricində olduqda Birlik qarşısında vəsatət qaldırmaq; Vəzifə funksiyaları üzrə məktub və ərizələri cavablandırmaq, üzvü olduğu komissiyanın işində iştirak etmək; İxtisasını və nəzəri biliklərini artırmaq, işdə SOCAR-ın “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni rəhbər tutmaq.

Bilməlidir; Sahəsinə uyğun Azərbaycan Respublikasının mövcud qanunlarını, digər normativ hüquqi aktları; Sahənin Əsasnaməsini, Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarını və Qaz təsərrüfatında Texniki İstismar Qaydalarını; "Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 09 iyun 2015-ci il tarixli 03 №-li qərarı ilə təsdiq edilmiş AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”nı , hazırki vəzifə təlimatını, dövlət dilində danışmağı, yazmağı və öz sahəsinə uyğun olan kompüter proqramlarını.

Təhsil və iş təcrübəsinə dair tələblər; Təhsil: Müvafiq sahə üzrə ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi tələb olunur.

Digər məlumatlar; Tibbi sığorta: Təmin edilir; İş yerinə çatdırılma: Təmin edilmir.

Son müraciət tarixi: 01.12.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Skills

EyesOnSite

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores