About this role
Vəzifənin adı: Yanğından mühafizə üzrə mühəndis SOCAR Downstream MMC, Azərikimya İB-nin SƏTƏMM departamentində Yanğından mühafizə üzrə mühəndis pozisiyası üzrə vakansiya elan edir.
- Əsas vəzifə öhdəlikləri: Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək.
- Yanğın risklərinin qiymətləndirilməsi və aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.
- Yanğın siqnalizasiya, xəbərdarlıq və söndürmə sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək.
- Avtomatik yanğınsöndürmə sistemlərinin (su, qaz, toz, köpük əsaslı) layihələndirilməsi və quraşdırılmasına nəzarət etmək.
- Mövcud sistemlərin texniki baxışını və profilaktik təmirini təşkil etmək.
- Yanğın kranları, hidrantlar, nasoslar və digər avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək.
- Yanğın təhlükəsizliyi üzrə təlimatlar, planlar və prosedurlar tərtib etmək.
- Obyektlərin yanğın təhlükəsizliyi üzrə texniki pasportlarını və hesabatlarını hazırlamaq.
- Fövqəladə hallarda fəaliyyət planlarını (evakuasiya sxemləri, yanğın zamanı hərəkət planları və s.) işləyib hazırlamaq.
- İşçilər üçün yanğın təhlükəsizliyi və davranış qaydaları üzrə mütəmadi təlimlər keçirmək.
- Tədris və təlim məşqləri (praktiki yanğın təlimləri) təşkil etmək.
- Yanğınsöndürmə və evakuasiya üzrə personalın hazırlıq səviyyəsinə nəzarət etmək.
- Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq və pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək.
- Dövlət yanğın nəzarəti orqanları ilə əməkdaşlıq etmək.
- Müəssisə daxilində yanğın təhlükəsizliyi üzrə daxili audit aparmaq.
- Fövqəladə hallar zamanı xilasetmə əməliyyatlarını planlaşdırmaq və koordinasiya etmək.
- İnsanların təhlükəsiz evakuasiyasını təmin etmək.
- Xilasetmə avadanlıqlarının (nəfəs aparatları, xüsusi geyimlər, kəsici alətlər və s.) saz vəziyyətdə saxlanmasına nəzarət etmək.
- Yanğın, partlayış və ya digər qəza hallarında dərhal müdaxilə etmək.
- Təhlükə zonasında olan şəxslərin təxliyəsinə rəhbərlik etmək.
- Hadisə yerində fövqəladə hallar xidmətləri ilə birgə fəaliyyət göstərmək.
- Yanğın və qəza hadisələrinin səbəblərini araşdırmaq.
- Təkrarlanmaması üçün profilaktik tədbirlər planı hazırlamaq.
Namizədə tələblər: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; Təhsil tələbi: Mühəndislik sahəsində bakalavr dərəcəsi və ya İdarəçilik üzrə bakalavr (mexaniki, elektrik və ya sənaye mühəndisliyi, əməyin mühafizəsi və ya digər əlaqəli sahələr NEBOSH International General Certificate, NEBOSH Fire Certificate, Working at Height, Confined Space Entry, AGT üzrə müvafiq sertifikatların olması üstünlükdür; Tank Fire Prevention and Major Emergency Response mövzusunda təlimlərdə iştirak üstünlükdür.
İş yeri: Azərikimya İB Son müraciət tarixi: 08.12.2026 Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər.
Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt [email protected] ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.