Now hiring

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Sayğac əməliyyatları xidməti) (Sumqayıt, Sumqayıt, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.

Vakansiyanın təsviri: Vakansiya "Azəriqaz" İB daxili elana çıxarılmışdır Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Sumqayıt Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Sumqayıt rayonu üzrə sayğac əməliyyatları xidməti İş yeri: Sumqayıt şəhəri Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə: (ƏÖD) 05 Saatlıq əmək haqqı: 4.33 AZN Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Sumqayıt şəhəri, Bakı küçəsi, məh.40A Vəzifə funksiyaları Nəzarət ölçü cihazlarının təmir etmək, nizamlamaq, sınaq etmək, dəyişdirmək, quraşdırmaq və təhvil vermək, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunu qoymaq; Cihazların işindəki qüsurları aşkar etmək və aradan qaldırmaq; Xidmət göstərdiyi ərazidə dövrü olaraq (hər ay üçün müəyyən edilmiş tarixədək) istehlakçıların sayğac göstəricilərini qeydiyyata alınması və məlumatları aidiyyəti üzrə təqdim etmək; Bildirişlər təqdim edildikdən sonra bir ay ərzində istifadə edilmiş qazın dəyəri ödənilmədiyi təqdirdə istehlakçıya verilən qaz təminatını dayandırmaq və bu barədə xidmət sahəsinə məlumat təqdim etmək; Xidmət göstərdiyi ərazidə istehlakçıların təbii qazla təmin edilməsi zamanı yaranan problemləri səlahiyyətləri daxilində aradan qaldırmaq; Təbii qazın istifadəsində hər hansı bir təhlükə aşkarlanarsa, həmin an qaz təchizatının dayandırmaq və qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirləri görmək; Qanunsuz qoşulma halları aşkar edildikdə, dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etmək və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi üçün xidmət sahəsinə təqdim etmək; Qəza təhlükəsi olduqda qəza xidməti hadisə yerinə gələnədək lazımi təhlükəsizlik tədbirləri görmək; Xidmət göstərdiyi ərazidə təbii qazdan səmərəli istifadə etmək məqsədilə qaz itkisinə yol verilməməsinə nəzarət etmək; Bilməlidir Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu; Qazdan istifadə Qaydalarını; Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını; Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri; Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri; Qaz sərfinin qeydə alınması cihazlarına xidmət zamanı texniki təhlükəsizlik qaydalarını; Sərf ölçən qaz sayğacının iş prinsipini, quruluşunu və texniki xüsusiyyətlərini; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını; Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını; İstehsalat və əmək intizamı qaydalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta təhsil İş təcrübəsi tələbi yoxdur Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Digər məlumatlar Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma: Təmin edilmir İş yeri : Sumqayıt RQİİ, Sumqayıt rayonu Vakansiyaya son müraciət tarixi : 15.11.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores