About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiyanın təsviri: Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Cəlilabad rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşənin adı: Q az avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD ) : 04 Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Cəlilabad rayonu, H.ƏLiyev prospekti 168 Vəzifə funksiyaları:
- Planlı, növbədənkənar və ya müraciət/müdaxilə əsasında sayğacların əvəzlənməsi, çıxarılması və texniki baxışını həyata keçirmək;
- Nəzarət-ölçü cihazlarının təmirini, tənzimlənməsini, sınağını və məsafədən göstərici ötürən avtomatik qurğuların quraşdırılmasını təmin etmək;
- Cihazların və avadanlıqların işindəki qüsurları, nasazlıqları aşkar edərək aradan qaldırmaq;
- Hər ay müəyyən olunmuş tarixədək abonentlərin sayğac göstəricilərini qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək;
- Aşağı təzyiqli qaz şəbəkəsinə marşrut üzrə planlı və plandan kənar texniki baxış keçirmək;
- Texniki baxış zamanı qaz sızmalarını ləğv etmək, qaynaq tələb olunduqda isə məlumatı müvafiq komandaya ötürmək;
- Abonentlərə kağız və SMS bildirişləri çatdırmaq, onları borc və ödəniş prosedurları barədə maarifləndirmək;
- Kommersiya şöbəsinin siyahılarına əsasən borclu abonentlərin qazını kəsmək (qaynaqla kəsim daxil olmaqla) və ya təminatı bərpa etmək;
- Qaz şəbəkəsinə və cihazlarına edilən bütün növ özbaşına müdaxilələrin, qanunsuz yerdəyişmələrin qarşısını almaq;
- Qanunsuz hallar aşkarlandıqda dərhal xidmət rəhbərliyinə və 104 Çağrı Mərkəzinə operativ məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və sanitariya-gigiyena qaydalarına ciddi riayət etmək;
- Abonentlərlə ünsiyyətdə hər zaman mülayim, səmimi və etik davranış qaydalarına uyğun rəftar etmək.
Bilməlidir: Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
- Təhsil və iş təcrübəsinə dair tələblər: Təhsil: Tam orta təhsil; İş təcrübəsi: İş təcrübəsi tələb edilmir; Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
- Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir; İş yerinə çatdırılma: Təmin edilmir.
Son müraciət tarixi: 16.11.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.