Now hiring

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər(Tərtər RQİİ, Füzuli rayonu üzrə SƏX) (Digər, Digər, AZ) @ SOCAR

Fuzuli, Fuzuli District, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.

Vakansiyanın təsviri Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Tərtər Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Füzuli rayonu üzrə Sayğac əməliyyatları xidməti Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD): 05 Saatlıq əmək haqqı: 4.33 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Füzuli rayonu Vəzifə funksiyaları
  • Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini, o cümlədən yararsız, işləməyən, müdaxilə və müraciət əsasında sayğacların əvəzlənməsi və ya çıxarılmasını həyata keçirmək;
  • Sayğaclara və nəzarət-ölçü cihazlarına texniki baxış keçirmək, aşkar edilmiş qüsurların qeydiyyatını aparmaq, cihazların təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsini həyata keçirmək, həmçinin göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğularının quraşdırılmasını təmin etmək;
  • Cihazların işində yaranan qüsurları aşkar etmək və aradan qaldırmaq, texniki baxışların nəticələrinə əsasən zəruri tədbirləri həyata keçirmək;
  • Xidmət göstərdiyi inzibati ərazidə müəyyən edilmiş müddətlərdə istehlakçıların sayğac göstəricilərini aylıq olaraq qeydiyyata almaq, məlumatları aidiyyəti üzrə təqdim etmək və abonentlərə kağız və SMS bildirişlər təqdim etmək;
  • Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərində olan avadanlıqlara dislokasiya marşrutu üzrə plana uyğun və plandan kənar texniki baxışlar keçirmək, baxışların nəticələrinə əsasən qaz sızmalarının qarşısını almaq, qaynaq tələb olunan sızmalar barədə məlumatları müvafiq komandaya təqdim etmək;
  • Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək, Kommersiya şöbəsi tərəfindən təqdim edilmiş siyahılar əsasında debitor borclu abonentlərin qaz təminatını dayandırmaq və qaz təminatını bərpa etmək;
  • Qaynaqla qaz kəsimi prosesində iştirak etmək və xidmət göstərdiyi ərazidə qaz xətlərinə, qaz sayğaclarına, qaz cihazlarına və digər avadanlıqlara bütün növ qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görmək;
  • Qaz xətlərinin, qaz sayğaclarının və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və digər qanunsuz müdaxilələr aşkar edildikdə, dərhal xidmət rəhbərliyinə və 104 nömrəli telefon xəttinə operativ məlumat vermək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena və yanğından mühafizə norma və qaydalarına riayət etmək, görülən işlər zamanı təhlükəsizlik tələblərini təmin etmək;
  • Abonentlərə xidmət göstərərkən mülayim, səmimi və etik davranış qaydalarına riayət etmək.

Bilməlidir Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər Təhsil: tam orta təhsil; İş təcrübəsi: tələb edilmir. Əmək fəaliyyəti dövründə stajkeçmə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar Tibbi sığorta: təmin edilir; İş yerinə çatdırılma: təmin edilmir. Son müraciət tarixi: 11.11.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores