About this role
Vakansiyanın təsviri 7 saylı Tqb SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək. ÜMUMİ MƏLUMATLAR Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: 7 saylı tikinti quraşdırma bölümü Kateqoriya: Aparıcı mütəxəssis Vəzifənin adı: Qaynaq işləri üzrə böyük mühəndis Dərəcə: 12
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Qaynaq işlərinin icrasına texniki rəhbərlik edilməsi 1.Tikinti obyektlərinin qaynaq işləri hissəsinin texniki sənədlərininin hazırlanması və razılaşdırılması.
- 2.Qaynaq və qaynaq rejiminin texnologiyasına riayət olunmasına nəzarətin həyata keçirilməsi.
- 3.Qaynaq işlərində material sərfinin normalarına, avadanlıqların istismarının texniki qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi.
- 4.Qaynaq işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi.
- 5.Qaynaq avadanlığının pasportlaşdırılması və uçotunun aparılmasının təşkil edilməsi.
- 6.Qaynaq işləri aparılan zaman qaynaqçıların lazımı material və sənədlərlə təmin olunmasına nəzarət edilməsi.
- 7.Qaynağın mütərəqqi metodlarının işlənməsi və istehsalata tətbiqinin təşkil edilməsi.
- 8.Bölüm üzrə qaynaqçıların işinə metodiki rəhbərliyin həyata keçirilməsi.
- Digər fəaliyyətlər 1.Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin azaldılmasının təmin edilməsi.
- 2.Yeni qaynaq avadanlığının tətbiqi, texnologiyanın təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması.
- 3.Əsasnamədən və vəzifə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi.
- 4.Qüvvədə olan əmək qanunvericiliyinə müvafiq olaraq əmək intizamı, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət olunması.
KVALİFİKASİYA TƏLƏBLƏRİ
- Ali təhsil (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
- Müvafiq ixtisas sahəsi üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi
ƏMƏK HAQQI MƏLUMATLARI
- Əmək haqqı: 1212 azn Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
DİGƏR MƏLUMATLAR
- Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Elanın bitmə tarixi: 29.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.