Now hiring

Armaturçu (Bakı, AZ, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vakansiyanın təsviri Armaturlama və məftil çəkmə sahəsi (DBMİB) SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək. ÜMUMİ MƏLUMATLAR Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: Armaturlama və məftil çəkmə sahəsi (DBMİB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Armaturçu Dərəcə: 4

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

Dəmir beton plitələri üçün karkasın hazırlanmasında armaturlama işlərinin görülməsi 1.Armatur materiallarının armatur doğrayan dəzgahların qarşısında olan masaya düzülməsi. 2.Layihəyə əsasən armatur materiallarının ölçüyə uyğun doğranması. 3.Armatur materiallarının layihədə göstərilmiş ölçülərə uyğun ştabelə yığılması. 4.Qaynaq olunması üçün karkasın elementlərinin qaynaq masa şablonunun üzərinə layihəyə uyğun ədəd ilə düzülməsi.

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Tam orta təhsil iş təcrübəsi tələb olunmur.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

Dürüstlük, Etik davranış, Keyfiyyət yönümlülük, Məsuliyyət, Nizam-intizam, Peşəkarlıq, Şifahi özünüifadə, Mexaniki avadanlıq-qurğuların istismarı Mexaniki avadanlıq-qurğulara baxış Mexaniki avadanlıq-qurğulara qulluq Armaturlama və məftil çəkmə

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı: 4.8 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 12 faiz ödəniş edilir.

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilm əlidir Bütün növlərdən olan armatur, armokonstruksiyaların quraşdırılması, armaturun qabaqcadan gərginləşdirilməsi üçün takelaj qurğu və mexanizmlərin tətbiq olunma üsullarını; Mil, sadə tor və yastı karkasların ülgü (şablon) və ya konduktorda yerləşdirilməsinin nişanlanması, cizgi və eskiz üzrə yoxlanılıb düzəldilməsi; Armaturun qaynaq üçün, o cümlədən vanna üsulu ilə hazırlanma qaydalarını. Ayrı-ayrı millərdən olan armaturun massiv, sütunaltı, sütun, divar və arakəsmələrə qoymaq; Sütunların armatur mil və dəstələrini qabaqcadan dartmaq; Elanın bitmə tarixi: 28.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores