About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri: Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Zaqatala R egional Qaz istismarı İdarəsi Struktur vahidi: Qəbələ rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti Vəzifənin adı: xətt baxıcısı Dərəcə (ƏÖD): 04 Saatlıq əmək haqqı : 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Qəbələ rayonu , E.Kərimov küçəsi, 60.
- Vəzifə funksiyaları: Qaz xətləri və qaz avadanlıqlarının (QPS, QTM, QTŞ və s.) texniki baxışına və sazlığına nəzarət etmək; Qaz kəmərlərində və birləşmələrdə sızmaları qazanalizator və digər vasitələrlə aşkar etmək, nəticələri raport və jurnallarda qeyd etmək; Yerüstü və yeraltı qaz kəmərlərinin müəyyən edilmiş qrafik və prosedurlara uyğun texniki vəziyyətini yoxlamaq; Yeraltı qaz kəmərlərinin ətrafında yerləşən quyular, zirzəmilər, şaxtalar və digər qurğularda qaz sızmalarını yoxlamaq; Aşkar edilmiş sızma, nasazlıq, qəza təhlükəsi, mühafizə zonası pozuntuları və qanunsuz tikinti halları barədə dərhal rəhbərliyi və aidiyyəti qəza xidmətlərini məlumatlandırmaq; Qəza-bərpa briqadası gələnədək zəruri təhlükəsizlik tədbirlərini təmin etmək; Texniki xidmət və nasazlıqlara dair məlumatların düzgün rəsmiləşdirilməsinə nəzarət etmək; İstifadə olunan cihaz və avadanlıqların sazlığını yoxlamaq və əmək təhlükəsizliyi qaydalarına riayət etmək.
- Bilməlidir: “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini; “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini; Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini) Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
- Təhsil və iş təcrübəsinə dair tələblər: Təhsil: tam orta təhsil.
- İş təcrübəsi: tələb edilmir.
- Digər məlumatlar; Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma: Təmin edilmir Son müraciət tarixi: 29.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.