Now hiring

Güc şəbəkəsi və elektrik avad.üzrə el.quraşdırıcısı (Bakı, AZ, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vakansiyanın təsviri 2 saylı tikinti quraşdırma sahəsi (1 saylı TQB) SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək ÜMUMİ MƏLUMATLAR Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: 2 saylı tikinti quraşdırma sahəsi (1 saylı TQB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Güc şəbəkəsi və elektrik avadanlıqları üzrə elektrik quraşdırıcısı Dərəcə: 5

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

Elektrik təhlükəsizliyi üzrə qaydalara riayət edilməsi 1.Fərdi mühafizə vasitələrindən (FMV) istifadə qaydalarının müəyyənləşdirilməsi. 2.Alov və ətraf mühitin təhlükəsizliyi üzrə prosedurların müəyyənləşdirilməsi. 3.Nərdivan və yüksəklikdə təhlükəsizlik üçün prosedurların müəyyənləşdirilməsi. 4.Cərəyan altında olan elektrik dövrələrinin işləməsi üçün protokolun müəyyənləşdirilməsi. 5.Məhdud məkanda işləyən zaman mühafizə prosedurlarına riayət edilməsi. 6.Elektrik zədələrinə və qəza şoklarına qarşı tədbirlər üzrə prosedurlara riayət edilməsi. Alətlər, materiallar və işçi komponentlərin müəyyənləşdirilməsi Yarımstansiyalarda elektrik avadanlıqlarının quraşdırılması Elektrik avadanlıqlarına texniki xidmət göstərilməsi və təmir işlərinin həyata keçirilməsi .

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Peşə təhsili Müvafiq sahə üzrə peşə təhsili olduqda 2 il, orta-ixtisas təhsili olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. Müvafiq sahə üzrə ali təhsili olduqda iş təcrübəsi tələb olunmur. Üzmə bacarığı haqqında sənəd tələb olunur. Aşağı və yüksək gərginlikli sahələrdə işləmə üçün icazə vəsiqəsi tələb olunur.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

Elektrik avadanlıq-qurğularının istismarı Elektrik avadanlıq-qurğularına baxış Elektrik avadanlıq-qurğulara qulluq Elektrik avadanlıq-qurğularının təmiri Elektrik avadanlıq-qurğularının sökülməsi

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı: 5.33 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Elanın bitmə tarixi: 26.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores