Now hiring

Nəzəri tədris üzrə mütəxəssis (BOSİET təlimlərinin tədrisi üzrə) (51117, AZ, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi nəzəri tədris üzrə mütəxəssis (BOSİET təlimlərinin tədrisi üzrə) vəzifəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Struktur vahidi: Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Vəzifənin adı: nəzəri tədris üzrə mütəxəssis (BOSİET təlimlərinin tədrisi üzrə) Dərəcə: 15 Vəzifənin standarta uyğun olaraq icra etdiyi funksiyalar : Müvafiq tədris kursunun materiallarının toplanması; Toplanmış materialların Təlim mərkəzinin rəhbərliyi ilə müzakirəsi və razılaşdırılması; Tədris plan və proqramlarının tərtib edilməsi; Tədris proqramına uyğun metodiki vəsaitlərin hazırlanmasının həyata keçirilməsi; Keçiriləcək təlim kursunun cədvəlinə əsasən mövzu təqvim planının layihəsinin hazırlanması; Tədris plan və proqramına uyğun nəzəri və praktiki kursların tədris edilməsi; Təlim zamanı «Nəzəri və praktiki dərslərin qeydiyyatı jurnalı»nda müvafiq qeydlərin aparılması; Təlim kursu keçən dinləyicilərin nizam-intizam və təhlükəsizlik qaydalarına rəayət etmələrinə nəzarət olunması; OPİTO standartlarının tələblərinə uyğun (BOSİET, HUET, FOET) kurslarda tədris plan və proqramına uyğun olaraq müvafiq mövzu üzrə dərslərin keçirilməsi: Tədris plan və proqramına uyğun nəzəri və praktiki dərslərin keçirilməsi; Yangınsöndürənin döyüş paltarının geyinmə qaydalarının dinləyicilərə praktiki olaraq öyrədilməsi; Dinləyicilərə xüsusi nəfəsalma aparatının yoxlanılması və istifadə qaydalarının praktiki olaraq öyrədilməsi; Dinləyicilər arasında qrupların bölüşdürülməsi və qrupdaxili vəzifə bölgüsünün müəyyən edilməsi; Dinləyiciləri vəzifə bölgüsünə əsasən müvafiq ləvazimatlarla təchizatının təmin edilməsi; Dinləyicilərə qaranlıq, tüstü olan qapalı şəraitdə davranmaq qaydalarının praktiki olaraq öyrədilməsi; Dinləyicilərə açıq sahələrdə yanğınla mübarizənin metod və üsulları, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarının öyrədilməsi; Verilmiş tapşırıqların icrasına əsasən dinləyicilərin qiymətləndirilməsi.

Keçirilən təlim kursuna uyğun keçirilən mövzular üzrə imtahan suallarının hazırlanması; Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi; İş bölgüsü üzrə nəzərdə tutulan işlərin icrasının təmin edilməsi; Lazımi uçot və hesabat xarakterli sənədləşdirmənin tərtib edilməsi; İşin səmərəli təşkili üçün rəhbərliyə mütəmadi olaraq məlumat; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək. Sahə üzrə tələb olunan digər funksiyalar: Təlim və tədrisin keyfiyyətinin artırılması və inkişaf istiqamətində işlər görmək və təkliflər irəli sürmək, inkişaf edən texnologiyaların yeniliklərini nəzərə alaraq tədrisin maddi texniki bazasını inkişaf etdirmək; Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək; Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüsün inkişafına, səməriləşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək etmək; Texniki cəhətdən əsaslandırılmış norma və normalaşdırılmış tapşırıqların tətbiqini həyata keçirmək; Əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak etmək; Bilməlidir: Tədris proqramına uyğun metodiki vəsaitlərin hazırlanmasının həyata keçirilməsi; Tədris plan və proqramına uyğun praktiki kursların tədris edilməsi; Təlim kursu keçən dinləyicilərin nizam-intizam və təhlükəsizlik qaydalarına rəiyət etmələrinə nəzarət olunması; Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatının (OPITO) BOSİET təlimi üzrə standartının tələblərini; OPITO standartlarının tələblərinə uyğun “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSİET) kursunun tədrisini və paraktiki təliminin keçirilməsini; Dəniz obyektlərində təhlükələr və ona nəzarət prinsiplərini, təhlükəsizliyin idarə edilməsi və tənzimlənməsi qaydalarını; Helikopterdə və helikopterlə səyahət zamanı təhlükəsizlik qaydalarını; Helikopterdə fövqəladə vəziyyətlərdə xilasolma üsullarına dair standartlarını; Dənizdə insan həyatının xilas edilməsi prinsiplərini və təxliyə yollarını; Qəza zamanı və ümumi fövqəladə vəziyyətlərdə ilk tibbi yardım qaydalarını; Dənizdə yanğınla mübarizə və özü-özünü xilasetmə normalarını; “LAP Təlim Jiletinə Ümumi Texniki Qulluq”; “MK50 Təlim Jiletinə Ümumi Texniki Qulluq”; Fəaliyyət sahəsinə aid, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Vakansiya tələbinə uyğun təlimlər: Təlimçiyə təlim sertifikatı; “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSİET)” sertifikatı; “Üzgüçülük” sertifikatı; “Hovuzda xilasetmə” sertifikatı; BOSİET təliminin tədrisi üzrə vakansiyanın tələbinə uyğun sertifikatları olmalıdır; MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel); Ümumi və texniki ingilis dili - əla; rus dili - orta; “Dənizdə qəza halları və təhlükəsizliyin əsasları” üzrə sertifikat; Üzgüçülük qabiliyyəti və buna dair rəsmi sənədi olmalıdır.

Vəzifə üzrə işə qəbul tələbləri: Bakalavr təhsili (Neft-qaz mühəndisliyi, Mülki Dənizçilik və ya əlaqəli sahələr üzrə); Minimum 4 il iş təcrübəsi (mütəxəssis vəzifələrində); Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı. Güzəştlər və imtiyazlar: Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları. İş yeri: Səbail rayonu Salyan şossesi 23 Son müraciət tarixi: 25.10.2026

Skills

Microsoft Office

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores