About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, İdarəetmə aparatı Struktur vahidi: Keyfiyyətə əminlik və nəzarət şöbəsi Vəzifənin adı: Şöbə rəisi Dərəcə (ƏÖD): 16 Əmək haqqı: 2.620,00 (vergi və digər ödənişlər daxil olmaqla) N ahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Xətai rayonu, Yusif Səfərov 35.
Vəzifə funksiyaları: Birliyin keyfiyyət siyasəti və məqsədlərinin müəyyən edilməsində iştirak etmək, təkliflər vermək, ISO, SOCAR və digər beynəlxalq standartların, sertifikatlaşdırma tələblərinin tətbiqinə və onlara uyğunluğa nəzarət etmək; Müştəri məmnuniyyəti, müştəriyönümlülük və davamlı inkişaf prinsiplərinin tətbiqini, məhsul və xidmətlərin keyfiyyət yoxlamalarını təmin etmək; Laboratoriya sınaqları, avadanlıqların kalibrlənməsi və yoxlama metodlarında yerli və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarət etmək; Daxili və xarici auditlərin planlaşdırılmasını, keçirilməsini, hesabatların hazırlanmasını və şöbənin səlahiyyətləri daxilində xarici auditlə bağlı işlərin təşkilini təmin etmək; Keyfiyyət risklərinin müəyyən edilməsi və azaldılması, keyfiyyət problemlərinin araşdırılması və aradan qaldırılması, uyğunsuzluqların qarşısının alınması üzrə prosedurların hazırlanmasında iştirak etmək və təkliflər vermək; Keyfiyyət sahəsində işçilərin təlim və sertifikatlaşdırma ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq təlimlərin təşkili və keçirilməsi üçün struktur bölmələrə metodiki dəstək göstərmək; Birlikdə əmək qanunvericiliyinə, standartlara, təhlükəsizlik qayda və normalarına, yuxarı təşkilatların, dövlət nəzarət orqanlarının və həmkarlar ittifaqlarının əmək üzrə texniki müfəttişlərinin əmr və sərəncamlarının vaxtında icrasına nəzarət etmək; Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət Göstərən Komissiyanın tərkibində iştirak edərək idarəetmə sistemlərinin (İS) tətbiqinə və keyfiyyət sahəsinə nəzarəti təşkil etmək; Struktur bölmələrdə işlərin keyfiyyət standartlarına uyğun təşkilinə kömək göstərmək, aşkar olunmuş uyğunsuzluq və nöqsanların aradan qaldırılması üçün tövsiyə və göstərişlər vermək; İstehsalat sahələrində işçilərin həyat və sağlamlığına təhlükə yarandıqda işi dərhal dayandırmaq, uyğunluq təhlilləri aparmaq, nöqsanların aradan qaldırılması və qayda pozuntularına yol vermiş şəxslər barəsində tədbirlərin görülməsi üçün rəhbərlik qarşısında məsələ qaldırmaq. . Bilməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsi; "Texniki tənzimləmə haqqında", "Standartlaşdırma haqqında", "Ölçmələrin vahidliyinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", Azərbaycan Respublikasının Qanunları; "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Texniki təhlükəsizlik haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunları; Təbii qazdan istifadə Qaydaları; qaz təsərrüfatında təhlükəsizlik qaydaları; qaz təchizatı üzrə tikinti norma və qaydaları (AzDTN, SNiP); İstehsalatda bədbəxt hadisələrin təhqiqi; ISO 9000:2015, ISO 10002:2018 (müştəri şikayətləri); ISO 14001:2015 (ətraf mühitin idarə edilməsi); ISO 45001:2018 (əməyin sağlamlığı və təhlükəsizliyi); ISO 50001:2018 (enerji menecmenti); GOST 5542-2014 (sənaye və məişət təyinatlı təbii qaz); ISO 13686:2013 (təbii qazın keyfiyyəti); Daxili və xarici auditlərin təşkili; Keyfiyyət alətləri və metodları: PDCA dövrü; kök səbəb təhlili (5 Niyə, İşikava diaqramı); 8D; FMEA (IEC 60812:2018); statistik proses nəzarəti (SPC, nəzarət xəritələri); KPI sistemi; dəyişikliklərin idarə olunması (MOC); Lean, Six Sigma; Əməyin mühafizəsi və təhlükəsizlik: təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi (HIRA); iş icazəsi sistemi (PTW); "İşi dayandırma" (Stop Work) prinsipi; fərdi mühafizə vasitələri ilə təminat normaları; insident və bədbəxt hadisələrin təhqiqi; İngilis dili biliyi - B2-C1 səviyyə (standart və texniki terminologiya); Kompüter proqramlarını: MS Office (Excel – statistik təhlil, pivot cədvəllər), Power BI, MS Visio, ERP sistemləri (SAP QM və s.), elektron sənəd dövriyyəsi sistemləri.
Təhsil və iş təcrübəsinə dair tələblər: Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili; Sertifikatlar : İSO 9001, 14001, 45001 üzrə Daxili auditor və ya Aparıcı auditor (Lead auditor) sertifikatları - üstünlükdür; İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il iş təcrübəsi.
Digər məlumatlar: Tibbi sığorta: təmin edilir.
İş yerinə çatdırılma: təmin edilmir.
Son müraciət tarixi: 27.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.