Now hiring

Böyük hüquq məsləhətçisi (51117, AZ, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Uzun Təsvir SOCAR Baş ofis, Hüquq və Uyğunluq Seqmenti üzrə Uyğunluq Departamentində böyük hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri: SOCAR-ın əməliyyatlarının rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək göstərmək və bu sahədə araşdırmalarda iştirak etmək; Şirkətin fəaliyyətini, biznes proseslərini və müqavilə münasibətlərini fərdi məlumatların mühafizəsi və məxfilik tələblərinə uyğunluq baxımından nəzərdən keçirmək, müvafiq tövsiyələr vermək; SOCAR-ın və xidmət təminatçılarının lisenziyalar və icazələr haqqında qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq və bu istiqamətdə müvafiq tədbirlər görmək; Şirkətin iştirak etdiyi əməliyyatlarla bağlı müqavilələri uyğunluq baxımından qiymətləndirmək, müvafiq müddəaları hazırlamaq və bu müddəalar üzrə danışıqlarda iştirak etmək; Tətbiq olunan yerli və beynəlxalq qanunvericilikdə, uyğunluq standartlarında, rəqabət/antiinhisar qanunvericiliyində və sanksiya tənzimləmələrində baş verən dəyişiklikləri izləmək, onların mövcud uyğunluq proqramına təsirini qiymətləndirmək, daxili qayda, təlimat və prosedurların təkmilləşdirilməsinə dair təklif və hesabatlar hazırlamaq; Törəmə müəssisələrdən daxil olan məlumatları təhlil etmək və milli qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsini izləmək; Daxili uyğunluq siyasət və prosedurlarının hazırlanmasında və yenilənməsində iştirak etmək, onları əməkdaşlara çatdırmaq, sorğuları cavablandırmaq və müvafiq təlimlərin keçirilməsinə dəstək göstərmək; Uyğunluq pozuntuları və riskləri ilə bağlı məlumatları toplamaq və hesabatlar hazırlamaq, risklərin azaldılması üzrə tədbirlər təklif etmək və onların icrasına nəzarət etmək.

Namizədə tələblər: Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Biznesin idarə edilməsi, maliyyə, satınalma, etika və korrupsiyaya qarşı mübarizə sahələrində magistr dərəcəsinin olması üstünlükdür); Uyğunluq sahəsində mütəxəssis kimi 5 il iş təcrübəsi; Rəqabət/antiinhisar hüququ və tənzimləyici uyğunluq, fərdi məlumatların mühafizəsi və məxfilik, lisenziya və icazələrin alınması, kompleks yoxlamaların (due diligence/KYC) aparılması, eləcə də qanunvericilik, məhkəmə təcrübəsi və tənzimləyici dəyişikliklərin monitorinqi üzrə təcrübə üstünlükdür; Azərbaycan Respublikasının lisenziyalaşdırma, rəqabət/antiinhisar və fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyi üzrə biliklər; Satınalma, əqli mülkiyyət və əmtəə nişanları üzrə qanunvericilik barədə biliklərin olması üstünlükdür; MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı; Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı; Rus dili biliyi üstünlükdür; Yüksək iş etikası, güclü analitik düşüncə, problem həll etmə, ünsiyyət və komandada işləmək bacarıqları; Rəqabət/antiinhisar hüququ, fərdi məlumatların mühafizəsi və sanksiyalara uyğunluq sahələrində beynəlxalq səviyyədə tanınan sertifikatların olması üstünlükdür.

Biz nə təklif edirik?

Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri.

İş yeri: SOCAR Tower, H. Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 28.10.2026

Skills

Due Diligence

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores