Now hiring

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Şəmkir rayonu, Şəmkir RQİİ) (Digər, AZ, AZ) @ SOCAR

Digər, AZ, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiya təsviri: Vəzifə haqqında məlumatlar: Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Şəmkir rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD): 04 Vəzifə maaşı: 3,84 AZN /saatlıq Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Şəmkir rayonu, Dəllər qəsəbəsi, M.Əsədov küçəsi Vəzifə funksiyaları: Planlı və növbədənkənar sayğacların əvəzlənməsi, çıxarılması və texniki baxışını həyata keçirmək; Sayğac və nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, yustirlənməsi, quraşdırılması və qüsurlarının aradan qaldırılmasını təmin etmək; Abonentlərin sayğac göstəricilərini vaxtında qeydiyyata almaq və məlumatları təqdim etmək; Aşağı təzyiqli qaz şəbəkəsi və avadanlıqlarına planlı və növbədənkənar texniki baxış keçirmək, sızmaların qarşısını almaq və zəruri halları aidiyyəti komandaya bildirmək; Sayğac oxunuşlarını aparmaq, abonentlərə bildiriş vermək və borc-ödəniş qaydaları barədə məlumatlandırmaq; Müvafiq siyahılar üzrə qaz təminatını dayandırmaq və bərpa etmək; Qaz xətləri, avadanlıq və sayğaclara qanunsuz müdaxilələrin qarşısını almaq, aşkar edilmiş halları rəhbərliyə və 104 xidmətinə bildirmək; Əməyin mühafizəsi, texniki, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək; Abonentlərə mülayim və səmimi xidmət göstərmək. Bilməlidir: Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta təhsil, İş təcrübəsi tələb edilmir, Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma: Təmin edilmir Son müraciət: 18.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr .aze rigas@socar .az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores