Now hiring

Qazla kəsən (Bakı, AZ, AZ) @ SOCAR

Bakı, AZ, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vakansiyanın təsviri 2 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB) ÜMUMİ MƏLUMATLAR SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək. Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: 2 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Qazla kəsən Dərəcə: 5 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: • İşlərin planlaşdırılması və iş yerinin hazırlığı: 1.İşin tələb etdiyi iş qaydalarına və ya ekvivalentlərinə uyğun olaraq müəyyənləşdirilməsi, usta ilə plana uyğun razılaşdırılması 2.SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi 3.İş planına əməl etmək məqsədi ilə işin spesifikasiyasına uyğun ehtiyatların müəyyənləşdirilməsi, əldə edilməsi və yoxlanılması • Müxtəlif markalı polad, əlvan metal və ərintilərin xüsusən mürəkkəb hissələrin kəsilməsi və ona tələb olunan formanın verilməsi: 1.Propan (butan, etilen və ya digər qaz fraksiyası) və oksigen balonunun istismara hazırlanması 2.Propan (butan, utilen və ya digər qaz fraksiyası) və oksigen balonuna reduktorun və manometrlərin bağlanılması 3.Reduktorun üzərinə kəsici alətdən gələn tutucu borunun bağlanması • Digər fəaliyyətlər: 1.Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin aparılması 2.Qaynaq avadanlığına texniki baxışın həyata keçirilməsi 3.İş alətlərinin sazlığına nəzarət edilməsi KVALİFİKASİYA TƏLƏBLƏRİ: Tam orta təhsil iş təcrübəsi tələb olunmur. ƏMƏK HAQQI MƏLUMATLARI : Əmək haqqı: 5.33 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 8 faiz ödəniş edilir. DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilm əlidir Qazla kəsmə zamanı istidən baş verən deformasiyaların səbəblərini və onların azaldılması üsullarını; Qazla kəsmə işlərində təhlükəsizlik texnikası qaydalarını; Oksigen və propan qazla kəsici alətlərin iş prinsipini; Elanın bitmə tarixi: 19.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores