Now hiring

Böyük mühəndis (müvəqqəti olaraq sosial məzuniyyətdə olan əməkdaşın yerinə) (Bakı, AZ, AZ) @ SOCAR

Bakı, AZ, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Baş ofis, Satınalma Kateqoriyalarının İdarə Edilməsi Departamentinin, İT və rabitə avadanlıqlarının satınalması şöbəsində böyük mühəndis (müvəqqəti sosial məzuniyyətdə olan əməkdaşın yerinə) vəzifəsi üzrə vakansiya elan edir. Qeyd: Müvafiq vəzifə sosial məzuniyyətdə olan əməkdaşın yerinə müvəqqəti olaraq nəzərdə tutulmuşdur. Əsas vəzifə öhdəlikləri: 🔹 Kateqoriya strategiyalarına və satınalma planlarına uyğun olaraq tender sənədlərini (RFQ, RFP) hazırlamaq; 🔹Təchizatçılarla kommunikasiyanın aparılması, təkliflərin toplanması və ilkin qiymətləndirilməsi daxil olmaqla, tender prosesini əlaqələndirmək; 🔹 Bütün satınalma sənədlərinin tam, düzgün və SOCAR-ın satınalma siyasətlərinə tam uyğun şəkildə hazırlanmasını təmin etmək; 🔹 Xərclərin təhlili, təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və kateqoriya strategiyalarının hazırlanmasını dəstəkləmək məqsədilə satınalma məlumatlarını toplamaq və təhlil etmək; 🔹 Əməliyyat proseslərində mövcud maneələri müəyyən etmək və proseslərin səmərəliliyinin və şəffaflığının artırılması məqsədilə praktiki təkmilləşdirmə təklifləri vermək; 🔹 Kateqoriya planlarının biznes tələblərinə uyğunluğunu təmin etmək məqsədilə Kateqoriya Menecerləri, texniki bölmələr, maliyyə və hüquq funksiyaları ilə sıx əməkdaşlıq etmək; 🔹 Kateqoriya Menecerlərinə kateqoriya strategiyalarının hazırlanması və yenilənməsi, bazar araşdırmalarının aparılması və yeni satınalma imkanlarının müəyyənləşdirilməsi üzrə dəstək olmaq; 🔹 Kateqoriya planlarının hazırlanması zamanı nəzərə alınması üçün daxili maraqlı tərəflərin kateqoriya üzrə ehtiyacları, texniki spesifikasiyaları və riskləri ilə bağlı məlumatları toplamaq; Namizədə tələblər: 🔹 İT Mühəndislik, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə bakalavr və ya magistr dərəcəsi ; 🔹 Müvafiq istiqamət üzrə satınalma sahəsində 5 il iş təcrübəsi; 🔹 Müvafiq kateqoriya üzrə yerli və beynəlxalq təchizatçı bazarları haqqında bilik; 🔹 Satınalma transformasiyası, o cümlədən proseslərin optimallaşdırılması layihələrinə dəstək vermək bacarığı; 🔹 Satınalma planlaşdırılması, rəqabətli tenderlərin keçirilməsi, müqavilələrin danışıqlar yolu ilə razılaşdırılması və təchizatçı fəaliyyətinin idarə edilməsi üzrə təcrübə; 🔹 Təyin edilmiş kateqoriya üzrə əsas məhsullar, təchizatçılar və xidmətlər daxil olmaqla, kateqoriyanın xüsusiyyətləri barədə yaxşı anlayış; 🔹 Satınalma qərarlarının lazımi qaydada sənədləşdirilməsini təmin etməklə, müvafiq sənədlərin hazırlanması və uçotunun aparılması üzrə bilik və bacarıqlar; 🔹 CIPS və ya ekvivalent satınalma üzrə sertifikasiyanın olması (və ya müvafiq təlim keçilməsi) arzuolunandır; 🔹 SAP və ya digər analoji ERP sistemləri, satınalma analitikası alətləri, eləcə də elektron satınalma (e-sourcing) alətləri ilə işləmək təcrübəsi; 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır); 🔹 MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı. Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; 🔹 Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son mürciət tarixi: 21.10.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores