Now hiring

iqtisadçı (Baku, AZ) @ SOCAR

Baku, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Baş ofis, Portfelin optimallaşdırılması şöbəsində iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: 🔹SOCAR-ın korporativ portfelinin təhlilinə və SOCAR-ın hədəflərinə və uzunmüddətli strategiyasına nail olunması üçün boşluqların müəyyənləşdirilməsinə dəstək göstərmək; 🔹SOCAR Qrupa daxil olan şirkətlərin strateji uyğunluq, iqtisadi göstəricilər, risklər və imkanlar əsasında hədəflənən (optimal) korporativ portfelinin müəyyən edilməsinə dəstək göstərmək; 🔹Dəyişkən biznes mühitində hədəflənən korporativ portfelin formalaşdırılmasını təmin etmək məqsədilə seqmentlərarası (Upstream, Downstream, Midstream və s.) sinerji variantlarının təhlilində iştirak etmək; 🔹SOCAR-ın korporativ portfelinin gələcək inkişaf istiqamətləri üzrə müxtəlif maraqlı tərəflər üçün tövsiyələrin hazırlanmasına dəstək göstərmək; 🔹Hər bir seqmentin özünəməxsus məqsədlərini, risk profillərini və məhdudiyyətlərini nəzərə almaqla, portfel matrisinin hazırlanmasına dəstək göstərmək; 🔹Müəyyən edilmiş strategiya və məqsədlərə əsasən portfel üzrə tədbirlər planının və hər bir seqmentə uyğun tövsiyələrin hazırlanmasına dəstək göstərmək; 🔹Seqment səviyyəsində portfel tövsiyələrinin icrasının monitorinqinə dəstək göstərmək; 🔹Birləşmə&Satınalma imkanları üzrə portfel tövsiyələrinin hazırlanmasına dəstək göstərmək. Namizədə tələblər: 🔹 Biznesin idarəedilməsi, Maliyyə, İqtisadiyyat, Neft və Qaz sahələri üzrə Bakalavr və Magistr dərəcəsi (üstünlükdür); 🔹 Maliyyə, Portfelin idarəolunması, Bizneslərin performansının qiymətləndirilməsi, Strategiya və ya əlaqədar sahələrdə ən azı 2 il iş təcrübəsi; 🔹 Kompüter bacarıqları (Word, Excel, Power point, Outlook), Maliyyə modelləşməsi üzrə biliklər (Üstünlükdür); 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək; 🔹 CFA, FMVA və ya əlaqədar digər sertfikatların olması üstünlükdür. Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; 🔹 Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores