Now hiring

Xətt baxıcısı (Şəmkir RQİİ Daşkəsən rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti) (Digər, AZ) @ SOCAR

Digər, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vakansiyanın təsviri: Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir RQİİ Struktur vahidi: Daşkəsən rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti Vəzifənin adı: xətt baxıcısı Dərəcə (ƏÖD): 04 Vəzifə maaşı: 3.84 AZN saatlıq (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Daşkəsən rayonu Vəzifə funksiyaları: İllik plana uyğun orta təzyiqli qaz xətlərinə və bütün qaz avadanlıqlarına (QPS, QTM, QTŞ və s.) texniki baxışa nəzarət etmək. Qaz şəbəkəsi avadanlıqlarının vizual müayinəsini və yararlılığını yoxlamaq. Yivli və qaynaq birləşmələrinin kipliyini qazanalizator və digər vasitələrlə yoxlamaq. Aşkar edilmiş qaz sızmalarını raportda qeyd etmək. Qaz təchizatının dayandırılması tələb olunduqda raportda qeyd edərək xidmət rəhbərinə məlumat vermək. Texniki xidmət və nasazlıqlarla bağlı məlumatların raportlarda düzgün qeyd edilməsinə nəzarət etmək. Qəza təhlükəsi yaradan nöqsanlar aşkar edildikdə dərhal "104" xidmətinə və ya qəza-dispetçer xidmətinə məlumat vermək. Xarici qaz kəmərlərinin texniki baxışının müəyyən edilmiş prosedura uyğun aparılmasını təmin etmək. Marşrut xəritələrinə əsasən yerüstü qaz kəmərlərini ildə ən azı 4 dəfə yoxlamaq. Yerüstü qaz kəmərlərinin texniki vəziyyətini (sızma, dayaqlar, armatur, rəngləmə, bərkitmə və s.) yoxlayaraq nəticələri jurnalda qeyd etmək. Yeraltı qaz kəmərlərində qaz sızmalarını qrafik üzrə vaxtında aşkar etmək. Yeraltı qaz kəmərlərinin ətrafında yerləşən quyular, zirzəmilər, şaxtalar və digər qurğularda qazın mövcudluğunu yoxlamaq, xəbərdarlıq nişanlarına və quyuların vəziyyətinə nəzarət etmək. Yeraltı qaz kəmərində sızma aşkar etdikdə dərhal xidmət rəisinə məlumat vermək. Qəza-bərpa briqadası gələnədək ərazidə təhlükəsizlik tədbirlərini təmin etmək. Qaz kəmərlərinin mühafizə zonasının pozulması və qanunsuz tikinti halları barədə rəhbərliyə məlumat vermək. Qazanalizatorla işləyərkən əmək təhlükəsizliyi qaydalarına riayət etmək. İstifadə olunan cihaz və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq. Bilməlidir: “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini; “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini; Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini) Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Vakansiyaya müraciət edəcək namizədlər üçün minimum tam orta təhsil tələb olunur. İş təcrübəsi tələbi yoxdur. Digər məlumatlar Tibbi sığorta: Təmin edilir Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores