About this role
Uzun Təsvir SOCAR Baş ofis, İnvestisiya performansının qiymətləndirilməsi və monitorinqi şöbəsi şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: 🔹 Neft-qaz və bərpa olunan enerji üzrə investisiya layihələrinin fəaliyyətini təsdiq edilmiş ilkin fərziyyələrə uyğunluq baxımından qiymətləndirmək; 🔹 CAPEX (kapital xərcləri), layihə qrafikləri, hasilat profilləri və aktivlərin fəaliyyət göstəriciləri üzrə plan-fakt təhlilini aparmaq; 🔹 Xərclər, müddətlər və əməliyyat fəaliyyət göstəriciləri ilə bağlı kənarlaşmaları müəyyənləşdirmək, təhlil etmək və izah etmək; 🔹 Ətraflı maliyyə və fəaliyyət göstəricilərinin təhlili vasitəsilə monitorinq fəaliyyətlərinin həyata keçirilməsinə dəstək göstərmək; 🔹 Layihələrin iqtisadi səmərəliliyi, dəyər itkisi və riskləri üzrə analitik hesabatlar və təqdimatlar hazırlamaq; 🔹 Monitorinq nəticələrinə əsaslanan düzəldici tədbir təkliflərinin hazırlanmasına və icrasının izlənilməsinə dəstək göstərmək; 🔹 İnvestisiya layihələrinin yerində monitorinqi və qiymətləndirilməsi məqsədilə zərurət yarandıqda beynəlxalq işgüzar səfərlərə hazır olmaq. Namizədə tələblər: 🔹 Maliyyə, iqtisadiyyat, investisiya və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi; 🔹 Neft-qaz investisiyaları, enerji layihələri, aktivlərin fəaliyyət göstəricilərinin idarə olunması və ya layihələrin monitorinqi sahəsində 3–5 il iş təcrübəsi; 🔹 Neft-qaz layihələrinin iqtisadiyyatı, o cümlədən CAPEX (kapital xərcləri), hasilat profilləri və xərclərə təsir edən əsas amillər üzrə praktiki biliklər; 🔹 Plan-fakt təhlili və fəaliyyət göstəricilərinin monitorinqi üzrə biliklər və təcrübə; 🔹 Güclü maliyyə modelləşdirməsi, analitik təhlil və hesabatlılıq bacarıqları; 🔹 ACCA, CFA, CIMA, CAIA və ya digər analoji peşəkar sertifikatlar üzrə təhsil prosesində olmaq və ya müvafiq sertifikata malik olmaq arzuolunandır; 🔹 Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı; 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək;. Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; 🔹 Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan