Now hiring

Accounting and taxes senior specialist (Baku, Baku, AZ) @ SOCAR

Baku, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

. Vəzifənin adı: Mühasibat uçotu və vergilər üzrə aparıcı mütəxəssis (SOCAR Downstream MMC əməkdaşları üçün) Bu vakansiya yalnız SOCAR Downstream MMC əməkdaşları üçün nəzərdə tutulub Description: SOCAR Downstream MMC (Metanol zavodu), Maliyyə, Mühasibat uçotu və vergilər üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri: Vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmasını, vergi öhdəliklərinin düzgün hesablanmasını və uçot məlumatları ilə üzləşdirilməsini təmin etmək; ƏDV, mənfəət vergisi, əmlak, torpaq və digər tətbiq olunan vergilər üzrə hesablamaları, bəyannamələri və müvafiq hesabatları hazırlamaq; ƏDV əməliyyatlarını, elektron qaimə-fakturaları, ƏDV depozit hesabını və əvəzləşdirilən vergi məbləğlərini yoxlamaq və üzləşdirmək; Mənfəət vergisi üzrə gəlir və xərclərin düzgün tanınmasını, vergitutma bazasını, çıxılan və çıxılmayan xərcləri, amortizasiya və digər vergi hesablamalarını aparmaq; Qeyri-rezidentlərlə əməliyyatlar, ödəmə mənbəyində tutulan vergilər və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üzrə vergi öhdəliklərini təhlil etmək; Vergi bəyannamələrinin hazırlanmasını və səlahiyyətləri çərçivəsində təqdim edilməsini, əvvəlki dövrlərin vergi uçotunun yoxlanılmasını və zəruri düzəlişlərin aparılmasını təmin etmək; Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanmasını həyata keçirmək; Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi nəticələrini təhlil etmək, vergi risklərini və qanunvericilikdəki dəyişikliklərin təsirini qiymətləndirmək; SAP sistemində mühasibat və vergi uçotu məlumatlarını yoxlamaq, müvafiq registrlər və hesabatlar arasında üzləşdirmələr aparmaq; İlkin uçot sənədlərinin yoxlanılmasında, debitor-kreditor hesablaşmalarında, əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər mühasibat əməliyyatlarının uçotunda iştirak etmək; Aylıq və illik hesabat dövrlərinin bağlanışında, maliyyə və vergi hesabatlarının hazırlanmasında, daxili və xarici audit proseslərində iştirak etmək. . Namizədə tələblər: Mühasibat uçotu, maliyyə, vergi, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil; Mühasibat uçotu və/və ya vergi sahəsində minimum 4 il iş təcrübəsi; Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotunu tənzimləyən qanunvericilik üzrə yüksək səviyyədə bilik; ƏDV, mənfəət vergisi və digər vergi növləri üzrə hesablamaların və bəyannamələrin müstəqil hazırlanması bacarığı; Mühasibat uçotunun əsas istiqamətləri və MHBS/IFRS üzrə biliklər; MS Excel və elektron vergi sistemlərindən istifadə bacarığı; Vergi risklərini müəyyən etmək, təhlil aparmaq, əsaslandırılmış rəy və təkliflər hazırlamaq bacarığı; Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Üstünlük veriləcək Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA (TX, FR, ATX və digər müvafiq imtahanlar), DipIFR və ya mühasibat uçotu və vergitutma sahəsində digər tanınmış peşəkar sertifikatlara malik olmaq üstünlükdür.

İş yeri: SOCAR Metanol zavodu Son müraciət tarixi: 29 Noyabr, 2026 akansiya və ya müsabiqə mərhələləri ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, +994 51 233 65 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Skills

SAPExcelIFRPMSACCADipIFR

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores