Now hiring

Aparıcı iqtisadçı (Enerji sektorunun təhlili üzrə) (Bakı, Bakı, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Baş ofis, Enerji sektorunun təhlili şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri: Qlobal enerji bazarlarındakı tendensiyaları təhlil etmək, yeni inkişaf istiqamətlərini müəyyənləşdirmək və onların SOCAR-ın strateji mövqeyinə təsirlərini qiymətləndirmək; Enerji qiymətləri, tələb, təklif və emal marjaları üzrə qısa, orta və uzunmüddətli proqnozlar hazırlamaq, ssenari və həssaslıq təhlilləri aparmaq; Proqnozlaşdırma alətləri də daxil olmaqla, ekonometrik və bazar modellərini hazırlamaq, mütəmadi yeniləmək və təkmilləşdirmək; Regional və qlobal enerji bazarlarına təsir edən iqtisadi, siyasi və qanunvericilik dəyişikliklərini izləmək, layihə və investisiyaların qiymətləndirilməsi, maliyyə planlaşdırılması və büdcələmə üçün təhlil və tövsiyələr təqdim etmək; Bərpa olunan enerji mənbələri və enerji keçidi sahəsindəki yenilikləri izləmək, onların SOCAR-ın uzunmüddətli strategiyasına təsirlərini qiymətləndirmək; Bazar təhlillərinin nəticələrini büdcələmə, investisiya planlaşdırılması və strateji inkişaf ssenarilərinə inteqrasiya etmək məqsədilə müvafiq komandalarla əməkdaşlıq etmək; Müxtəlif istiqamətlər üzrə fərziyyələrin formalaşdırılmasında və onların strateji qərarlara mümkün təsirlərinin qiymətləndirilməsində iştirak etmək; Enerji balansı, tariflər və qiymətqoyma metodologiyalarını təhlil etmək, maliyyə təhlillərində iştirak etmək və metodoloji dəqiqliyi təmin etmək; Rəhbərlik üçün yığcam analitik hesabatlar və təqdimatlar hazırlamaq; Zərurət yarandıqda analitik müzakirələrdə, qurumlararası işçi qruplarında və xarici tərəfdaşlarla görüşlərdə SOCAR-ı təmsil etmək.

Namizədə tələblər: İqtisadiyyat, maliyyə, enerji iqtisadiyyatı və ya əlaqəli ixtisas üzrə bakalavr və ya magistr dərəcəsinə malik olmaq; İqtisadi və statistik modellərin qurulması, o cümlədən proqnozların hazırlanması üzrə analitik təhlil bacarıqlarına malik olmaq; Müvafiq sahələrdə (enerji sektoru, konsaltinq, bazar təhlili, analitika və s.) 1–3 il iş təcrübəsinə üstünlük verilir; Microsoft Excel və statistik/ekonometrik proqram təminatlarından (məsələn, Stata, R, Python, EViews) istifadə bacarığına üstünlük verilir; Azərbaycan və ingilis dillərini sərbəst bilmək.

Biz nə təklif edirik?

Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 07.12.2026

Skills

ExcelStataRPythoneView

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores