About this role
SOCAR Baş ofis, BRP sistemlərinin idarə olunması şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri: AR əmək haqqı sahəsinə aid qanunvericilik və biznes proseslərdə dəyişikliklərin sistemdə tətbiq edilməsi; SAP ERP sistemindən istifadə zamanı yaranan problemlərin həllində istifadəçilərə dəstək göstərilməsi; SAP ERP sistemində cari əməliyyatların işləkliyinin dəstəklənməsi, sistemin fasiləsiz işləməsinin təmin edilməsi; SAP ERP sistemində hesabat formalarının hazırlanması, dəyişdirilməsi, məlumatların təqdim edilməsi; Mövcud əməliyyat proseslərinin (AS-IS) izlənməsi və SAP best practice uyğun optimallaşdırma tədbirlərinin həyata keçirilməsi; Digər sistemlərlə SAP ERP sisteminin inteqrasiyasına dəstək verilməsi; SAP ERP sistemində icra olunan əməliyyatların daxili normativ sənədlərə uyğunluğunun yoxlanılması və risklərin azaldılması üçün nəzarət xarakterli yoxlamaların qoyulması; SAP ERP sisteminin HCM modulu üzrə istifadəçi təlimatlarının hazırlanması; Komanda üzvləri və digər biznes seqmentləri ilə sıx əməkdaşlıq edərək modullararası inteqrasiyanın ardıcıllığının dəstəklənməsi.
Namizədə tələblər: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, audit, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür); Mühasibat və vergilər sahəsi üzrə 5 il iş təcrübəsi (ERP sistemləri üzrə tətbiq sahəsində minimum 2 il iş təcrübəsi); AR əmək haqqı sahəsinə aid qanunvericilik, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, normativ-hüquqi aktlar üzrə biliklər; SAP ERP sistemində iş təcrübəsi; SAP ERP sisteminin HCM modulu üzrə biliklər (OM, PA. PY); SAP HCM Əmək haqqı (Payroll) sertifikatı, SAP SuccessFactors sertifikatı, PMS (peşəkar mühasib sertifikatı), DipİFR üstünlük hesab olunur; Azərbaycan və ingilis dillərini sərbəst bilmək.
Biz nə təklif edirik?
Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 10.11.2026