About this role
Vakansiyanın təsviri Elektrik avadanlıqlarının hazırlanması,təmiri sahəsi (1 saylı TQB) SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək. ÜMUMİ MƏLUMATLAR Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: Elektrik avadanlıqlarının hazırlanması, quraşdırılması və təmiri sahəsi (1 saylı TQB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Elektrik maşınları üzrə elektrik quraşdırıcısı Dərəcə: 5
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Elektrik təhlükəsizliyi üzrə qaydalara riayət edilməsi Alətlər, materiallar və işçi komponentlərin müəyyənləşdirilməsi Elektrik maşınlarının elementlərinin quraşdırılması və təmiri Elektrik avadanlıqları və mühərriklərinə texniki xidmətin göstərilməsi Digər fəaliyyətlər 1.Təhvil-təslim üzrə sənədləşmənin aparılmasında iştirak edilməsi. 2.Sınaqdan çıxmış mexanizm və aqreqatların pasportlarının hazırlanmasında iştirak edilməsi.
KVALİFİKASİYA TƏLƏBLƏRİ
Peşə təhsili ( Müvafiq sahə üzrə). Müvafiq sahə üzrə orta ixtisas təhsili olduqda 1 il, peşə təhsili olduqda 2 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. Müvafiq sahə üzrə ali təhsili olduqda iş təcrübəsi tələb olunmur.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
Dürüstlük, Etik davranış, Keyfiyyət yönümlülük, Məsuliyyət, Nizam-intizam, Peşəkarlıq, Şifahi özünüifadə, Elektrik avadanlıq-qurğularının istismarı Elektrik avadanlıq-qurğularına baxış Elektrik avadanlıq-qurğulara qulluq Elektrik avadanlıq-qurğularının təmiri Elektrik avadanlıq-qurğularının sökülməsi Elektrik avadanlıq-qurğularının quraşdırılması
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 5.33 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 8 faiz ödəniş edilir.
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Elanın bitmə tarixi: 04.11.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.