Now hiring

Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru (AZ) @ SOCAR

Qaraçuxur, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vəzifənin adı: Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru SOCAR-ın Sosial İnkişaf İdarəsi, Təmir-istismar sahəsində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri: Müəssisənin balansında olan inzibati binalarda, yardımçı təsərrüfatlarda və qazanxanalarda yerləşən elektrik avadanlıqlarının profilaktik olaraq yoxlanılması və təmiri, habelə sazlığına nəzarət edilməsi; İnzibati binalarda, qazanxanalarda və yardımçı təsərrüfatlarda işıq lampalarının, elektrik patronlarının və çilçıraqların yoxlanılması, işıq lampalarının vaxtında dəyişdirilməsi və otaqların normal işıqlandırılmasına nəzarət edilməsi; Su nasoslarının elektrik mühərriklərinin sıxac qutularının sökülməsi və təmir edilməsi; Su nasoslarının elektrik mühərriklərinin yastıqlarının sökülməsi və dəyişdirilməsi; Generatora yanacağın doldurulması və onun işlək vəziyyətdə olmasının təmin edilməsi; Xidmət otaqlarında yerləşən ofis və digər avadanlıqlarda elektrik təmir işlərinin (elektrik naqillərinin bərpası, kabel ucluqlarının dəyişdirilməsi və s.) yerinə yetirilməsi; İstifadəyə yararsız olan elektrik avadanlıqlarının siyahısının hazırlanması, təmirə ehtiyacı olan elektrik avadanlıqlarının siyahısının hazırlanması və rəhbərliyə təqdim olunması; İnzibati bina sahəsinin işıqlandırma sisteminin və səyyar elektrik ehtiyacının təmin edilməsi.

Namizədə tələblər: Orta ixtisas təhsili (müvafiq sahə üzrə); Sahə üzrə 1 il iş təcrübəsi; Peşəkarlıq; Dürüstlük; Məsuliyyət; Nizam-intizam.

Biz nə təklif edirik?

ƏÖD-5; Saatlıq tarif maaşı - 4,33 manat (aylıq əmək haqqı - 694 manat); Peşəkar iş mühiti; İş günlərinin sayına uyğun olaraq gündəlik 5 (beş) manat məbləğində yemək xərci.

İş yeri: SOCAR Sosial İnkişaf İdarəsinin Təmir-istismar sahəsi, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsi, 10.

Son müraciət tarixi: 02.11.2026.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores