About this role
Vakansiyanın təsviri Xidmət qrupu (İTTB) ÜMUMİ MƏLUMATLAR SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: Xidmət qrupu (İTTB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Tornaçı Dərəcə: 4
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Mexaniki təmir və quraşdırma işlərinin yerinə yetirilməsi üçün lazım olan ehtiyyat hissələrinin hazırlanması;
- 1. İşə başlamazdan əvvəl texniki təhlükəsizlik qaydalarının tələblərini yerinə yetirilməsi
- 2. Texniki qulluq göstəriləcək yeri ilkin yanğından mühafizə vasitələri ilə təmin edilməsi 3.Dəzgahın işə salınması, görüləcək işə uyğun tənzimlənməsi (sürətin müəyyən edilməsi, lazımi kəskilərin seçimi və s.) Torna dəzgahına texniki qulluğun göstərilməsi və xırda təmirin yerinə yetirilməsi 1.Gündəlik olaraq texniki baxışın keçirilməsi 2.Kəsici alətlərin seçilməsi və işə hazır vəziyyətə gətirilməsi 3.Soyutma sisteminin təmizlənməsi, ötürücü kəmərlərin nizamlanması 4.Xırda təmir işlərinin yerinə yetirilməsi 5.Texniki baxışın keçirilməsi zamanı aşkarlanmış nöqsanlar barədə müvafiq rəhbərliyə məlumatın verilməsi 6.Torna dəzgahını elektrik cərəyanından təcrid edilməsi 7.Dəzgah detallarının nizamlanması, yağlanması, ara məsafələrin yoxlanması, kipliyin yoxlanması, itiliyəci və kəsici başlıqların dəyişdirilməsi KVALİFİKASİYA TƏLƏBLƏRİ: Tam orta təhsil İş təcrübəsi tələb olunmur.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
Dürüstlük, Etik davranış, Keyfiyyət yönümlülük, Torna dəzgahının istismarı Mexaniki emal işləri Detalların təmizlənməsi və yonulması Araqatların hazırlanamsı Mexaniki avadanlıqların stend yoxlamasından keçirilməsi
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 4.8 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilm əlidir
- Detalların qurulma və yoxlama üsullarını;
- Müxtəlif konstruksiyalı torna dəzgahlarının, universal və xüsusi tərtibatların konstruktiv xüsusiyyətlərini və dəqiqliyə yoxlama qaydalarını; Elanın bitmə tarixi: 02.11.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.