Now hiring

Elektrik qaz qaynaqçısı (Xaçmaz rayonu) (Digər, AZ, AZ) @ SOCAR

Xaçmaz, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.

Vakansiya təsviri Müəssisə: SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, Xaçmaz Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Xaçmaz rayonu üzrə Texniki baxış və təmir-bərpa xidməti İş yeri: (Xaçmaz şəhəri) Vəzifənin adı: elektrik qaz qaynaqçısı Dərəcə: (ƏÖD) 05 Saatlıq əmək haqqı: 4.33 AZN Zərərli əmək şəraitinə görə əmək haqqına əlavə : 8 % Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 63 Vəzifə funksiyaları Müxtəlif polad, əlvan metal və ərintilərdən olan mürəkkəb və məsul aparat, qovşaq, boru və polietilen kəmərləri əl ilə qövsü və plazmalı qaynaq etmək, əl ilə, oksigenlə və hava-plazmalı kəsmək; Karbonlu, legirlənmiş, xüsusi polad və çuqundan olan mürəkkəb detalları qövsü oksigenlə kəsmək (yonmaq); Məsul blok konstruksiyaları bütün vəziyyətlərdə qaynaq etmək, mürəkkəb detal və qovşaqları lehimləmək; Fəaliyyətdə olan qaz kəmərlərində təzyiqi azaltmaqla oyuqları kəsmək və açmaq, təzyiqi ölçmək, kipləşdirici qurğu və qapayıcıları yoxlamaq; Təzyiq altında boruları kəsmək, qaynaq detalları və çatqıları hazırlamaq, kəsilmiş pəncərələri qaynaq etmək; Qazdan təhlükəli işlər üçün alət və materialları hazırlamaq; Fəaliyyətdə olan qaz kəmərlərində elektrik və qaz qaynağı aparmaq, elektrod və aşqar məftilləri seçmək; Gücləndirici muftalar quraşdırmaq, qaz sızmalarını aradan qaldırmaq; Odluq və kəsiciləri təmir etmək, nişanlama və uyğunlaşdırma işlərini aparmaq; Binadaxili qaz kəmərlərində kəsik aparmaq; Kondensat yığıcılarını, hidravlik örtgəcləri, içəri əyilmiş və qabarmış qapayıcıları, kompensator və siyirtmələri kəsmək; Çarxları qaynaq etmək, orta mürəkkəblikdə cizgiləri oxumaq.

Bilməlidir Müxtəlif tipli qaynaq maşınlarının elektrik sxemlərini və konstruksiyasını; Müxtəlif metalların, elektrodlarla lehimlənmiş metal və yonulmuş tökmələrin texnoloji xassələrini; Qaynaq tikişlərinin texnoloji ardıcıllığını və rejimlərin seçilməsini; Məsul qaynaq tikişlərinin sınaq və nəzarət üsullarını; Mürəkkəb metal konstruksiyaların çertyojlarının oxunmasını; Qaz qaynağı və kəsmənin əsas rejim və növlərini; Qaz-elektrik qaynaq və kəsmə aparatlarının quraşdırılması, istismarı, xidməti və təmiri qaydalarını; Oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını; Orta təzyiqli boru və kəmərlərin qaynaq xüsusiyyətlərini; Detalların forma və qalınlığına uyğun qaynaq rejimlərinin müəyyənləşdirilməsini; Elektrik və qaz qaynağı aparatlarının quraşdırılması, istismarı və təmiri qaydalarını; İstehsalat və əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər Peşə təhsili Qaynaqçı sertifikatı olan namizədlərə üstünlük verilir İş təcrübəsi tələbi yoxdur Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur Digər məlumatlar Tibbi sığorta - təmin edilir İş yerinə çatdırılma - təmin edilmir Son müraciət tarixi: 28.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores