Now hiring

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər(Şəmkir rayonu) (4769, AZ) @ SOCAR

4769, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiya təsviri: Vəzifə haqqında məlumatlar: Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Şəmkir rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD): 04 Vəzifə maaşı: 3.84 AZN /saatlıq Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Şəmkir rayonu, Dəllər qəsəbəsi, M.Əsədov küçəsi Vəzifə funksiyaları: Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini yerinə yetirmək. Sayğaclara texniki baxış keçirmək və aşkar olunan qüsurları qeydiyyata almaq. Yararsız, işləməyən, müdaxilə edilmiş və ya müraciət əsasında sayğacların dəyişdirilməsi və çıxarılmasını həyata keçirmək. Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsini, həmçinin məsafədən məlumat ötürən mexanizmlərin quraşdırılmasını təmin etmək. Xidmət ərazisində abonentlərin sayğac göstəricilərini müəyyən edilmiş müddətlərdə qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək. Aşağı təzyiqli qaz şəbəkələri və avadanlıqları üzrə planlı və növbədənkənar texniki baxışlar keçirmək. Texniki baxış zamanı aşkar olunan sızmaların aradan qaldırılmasını təmin etmək. Qaynaq tələb edən sızmalar barədə məlumatı müvafiq komandaya təqdim etmək. Aylıq sayğac oxuma prosesini həyata keçirmək. Abonentlərə kağız və SMS bildirişlər təqdim etmək. Təqdim olunmuş siyahılar üzrə debitor borclu abonentlərin qaz təminatını dayandırmaq. Təqdim olunmuş siyahılar üzrə abonentlərin qaz təminatını bərpa etmək. Qaynaqla qaz kəsilməsi prosesində iştirak etmək. Xidmət ərazisində qaz xətləri, avadanlıqlar və ölçü cihazlarına qanunsuz müdaxilə və dəyişikliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görmək. Müdaxilə və qanunsuz quraşdırma halları aşkar edildikdə rəhbərliyə və 104 xidmətinə operativ məlumat vermək. Bilməlidir: Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta t ə hsil, İş t ə crüb ə si t ə l ə b edilmir, Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma : Təmin edilmir Son müraciət tarixi: 07.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores