Now hiring

nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər (4770, AZ) @ SOCAR

4770, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. ÜMUMİ MƏLUMATLAR Vəzifənin adı : Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər Kateqoriya : İxtisaslı fəhlə Dərəcə : 6 Müəssisə : SOCAR, “Azneft” İstehsalat Birliyi Təşkilat : Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi Struktur bölmə : Elektrik avadanlıqlarının təmiri və rele mühafizə sahəsi ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ Avadanlıqlarda nəzarət ölçü cihazlarının təmirini aparmaq; Termoplastın elektron idarəetmə blokunu təmir etmək; Termostatın istilik ölçən cihazlarını təmir etmək; Avadanlıqlarda maqnit işə salıcıları təmir etmək; Vakum peçlərində elektron hissələri və rejim tənzimləyicilərini, idarəetmə pultlarını təmir etmək; Manometrləri təmir etmək; Meqometrlərdə təmir işlərini aparmaq; Ventilasiya sistemlərini təmir etmək; Qoşulma və dayanma düymələrini təmir etmək; Sarğıcların qoşulmasını aparmaq; İnduktiv peçlərin işə salıcılarını təmir etmək; Mikrosxemləri dəyişdirmək; Avadanlıqların rejimləri sıradan çıxdıqda rejimləri sazlamaq; Sobalarda temperatur tənzimləyicilərini təmir etmək; Termoplast avtomatları təmir etmək və sazlamaq; Avadanlıqlarda temperatur rejiminə nəzarəti təmin edən cihazlara baxış keçirmək; Sınaq stendlərini təmir etmək; VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR Avtomatika-metrologiya avadanlıq-qurğularına baxış Avtomatika-metrologiya avadanlıq-qurğularına qulluq Avtomatika-metrologiya avadanlıq-qurğularının təmiri Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər KVALİFİKASİYA TƏLƏBLƏRİ Təhsil : İlk peşə - ixtisas təhsili Staj : Staj tələbi yoxdur Iş şəraiti : Quruda ƏMƏK HAQQI MƏLUMATLARI Əmək haqqı: 4.84 AZN (saatlıq) Əlavə: Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir. DİGƏR MƏLUMATLAR Tibbi sığorta : Təmin olunur İş yerinə çatdırılma : Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur. İŞ REJİMİ 5 gün 8 saatlıq : İş saat 8:00-da başlayır, 17:00-da bitir. Nahar fasiləsi: 12:00-13:00 Qeyd: Vakansiya elanı və ya müsabiqə proseduru barədə suallar yarandığı təqdirdə "[email protected]" email ünvanına müraciət edə və yaxud 27168, 41030, 11147 daxili telefon nömrələrindən hər hansı biri ilə əlaqə saxlaya bilərsiniz. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores