About this role
Vakansiyanın təsviri 1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB) ÜMUMİ MƏLUMATLAR SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: 1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Taxtabəndin quraşdırılması üzrə quraşdırıcı Dərəcə: 5 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: İşçi körpülər, taxtabəndin hazırlanması və quraşdırılması: 1. İşçi körpülər və ya taxtabənd quraşdırılacaq obyektə yerində baxışın keçirilməsi; 2. Tikinti-təmir işləri aparılacaq obyektdə işçi körpülər və ya taxtabənd quraşdırılması məqsədilə ölçülərinin çıxarılması; 3. İşçi körpülərin, taxtabənd konstruksiyalarının quraşdırılmasının planlaşdırılması; 4. Taxtabənd tillərinin müəyyənləşdirilməsi; 5. İşçi körpülərin və ya taxtabəndin yığılması üçün istifadə olunacaq materialların kəsilərək hazırlanması; 6. Hazır metal elementlərdən ölçülərə uyğun olaraq işçi körpülərin yığılması və sökülməsi; 7. Taxtabənd konstruksiyalarının yığılması və sökülməsi; 8. İşçi körpülərin və taxtabəndin divara (bloklara) bərkidilməsi; 9. Çoxtilli və əyrixətli taxtabəndlərin quraşdırılması; 10. Aralığı 50 metrə qədər olan körpülərin yığılması və quraşdırılması. • Digər fəaliyyətlər: 1. Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin aparılması; 2. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi; 3. İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması; 4. İş prosesi zamanı əməyin mühafizəsi qaydalarına, tullantıların idarə edilməsi proseduruna əməl edilməsi; 5. Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət edilməsi. KVALİFİKASİYA TƏLƏBLƏRİ: Peşə təhsili və yaxud Tam orta təhsil (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə). Müvafiq ixtisas sahəsi üzrə ( təmir tikinti) ali təhsili olduqda 1 il, peşə təhsili olduqda 1 il, orta təhsili olduqda 2 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. 1. Scaffolding advanced (Taxtabənd və ya dəmirbənd üzrə) sertifikatı 2. Hündürlükdə iş sertifikatı tələb olunur VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR: Dürüstlük, Etik davranış, Keyfiyyət yönümlülük, Məsuliyyət, Nizam-intizam, Peşəkarlıq, Şifahi özünüifadə, Tikinti işləri ƏMƏK HAQQI MƏLUMATLARI : Əmək haqqı: 5.33 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir. DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilməlidir Bilm əlidir • İşlədilən materialların xüsusiyyətlərini, quraşdırma işlərinin yerinə yetirilmə üsullarını, takelaj vasitələrinin quruluşunu və istifadə edilməsi qaydalarını; • Mexanikləşdirilmiş alətlərdən istifadə etmə qaydalarını; • Taxtabəndin növlərini, onların təyinatını və tətbiq edilmə sahələrini; • İşlədiləcək təhlükəsizlik vasitələrinin (təhlükəsizlik kəmərləri, inersion blokları və s.) işin xarakterinə uyğun seçilməsini, onların sınağı və tətbiq edilmə qaydalarını; • İşçi nərdivanlardan istifadə qaydalarını; • Yüklərin daşınma və qaldırılma qaydalarını; • Döşəmə taxtalarının və çiləkənlərin təhlükəsiz yığılma qaydalarını; • Taxtabənd borularının təhlükəsiz yığılma qaydalarını; • Fövqaladə hallar zamanı davranış qaydalarını və ilk tibbi yardım üsullarını; • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. Elanın bitmə tarixi: 08.10.2026 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq