About this role
Vakansiyanın təsviri ÜMUMİ MƏLUMATLAR SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: Qaynaq texnoloji, dağılan və dağılmayan müayinə bölümü Kateqoriya: aparıcı mütəxəssis Vəzifənin adı: Böyük mühəndis (qaynaq texnologiyası və mexaniki sınaq üzrə) Dərəcə: 13 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: • Qaynaq prosedurunun spesifikasiyasının hazırlanması; • Qaynaq prosesinə vizual müayinənin həyata keçirilməsi; • Qaynaq birləşməsinin dağılan üsulla müayinəsi (mexaniki sınaq); • Materialın kimyəvi tərkibinin təyin edilməsi; • Dağılan və dağılmayan müayinə üsullarının nəticələrinin qarşılaşdırılması; • Fəaliyyəti ilə bağlı yuxarı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi. VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR: Dürüstlük, etik davranış, yaradıcılıq, təqdimetmə,detallara diqqət,dərketmə, işçiləri inkişaf etdirmə,, şifahi özünüifadə, stresin idarə edilməsi,işi təqib etmə, yazılı özünüifadə kimi səriştəliklər tələb olunur. Microsoft Excel, Microsoft Word İT bilikləri tələb olunur. Qaynaq işləri, Qeyri-destruktiv müayinə, Materialların mexaniki sınağı KVALİFİKASİYA TƏLƏBLƏRİ: Ali təhsil (Müvafiq sahə üzrə). Müvafiq ixtisas sahəsi üzrə mütəxəssis vəzifəsində 2 il iş stajı tələb olunur. ƏMƏK HAQQI MƏLUMATLARI: Əmək haqqı: 1344 azn Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir. DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilməlidir •Qaynaq avadanlığının istehsal, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini, onun istismar qaydalarını; •Polad materiallarının növlərini; •Qaynaq materiallarının növləri və onların sərf normalarını; •Qaynaq üsulları, texniki sənədlərin işlənməsi və tərtibi üzrə əsasnamələri, təlimatları və digər aidiyyatı normativ sənədləri; •Qaynaq işləri üzrə standartl arı və texniki şərtləri, tikinti norma və qaydalarını; •Qaynaq qüsurlarının yaranması səbəbləri və aradan qaldırılması üsullarını; Elanın bitmə tarixi : 08.10.2026 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq