About this role
Vakansiyanın təsviri Asfaltbeton istehsalı sahəsi (5 saylı TQB) ÜMUMİ MƏLUMATLAR SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: Asfaltbeton istehsalı sahəsi (5 saylı TQB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Asfalt qarışdırıcı qurğuların maşinisti Dərəcə: 6 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Asfaltbeton istehsalı qurğusunun işə buraxılmaya hazırlanması 1.Asfaltbeton istehsalı qurğusunun işlək vəziyyətə gətirilməsi işlərinin yerinə yetirilməsi. 2.Qurğu və avadanlıqları işə qoşmazdan əvvəl idarəetmə sistemində siqnalların mövcudluğunun yoxlanılması. 3.Texnoloji sxemə uyğun olaraq avtomatik idarəetmə sistemi vasitəsilə idarə olunan hissələrin müvafiq vəziyyətə gətirilməsinə nəzarət edilməsi. 4.Asfalt istehsalı qurğusunun sistemlərində işə salınmadan əvvəlki texnoloji rejim ( təzyiq, temperatur və s) şərtlərinin yaradılmasına nəzarət edilməsi. Asfaltbetonun reseptlərə uyğun olaraq istehsal edilməsi 1.Qidalandırıcı bunkerlərin işinə nəzarət edilməsi və tənzimlənməsi. 2.Avadanlığın temperatur göstəricilərinə nəzarət edilməsi və tənzimlənməsi. 3.Qaz təyziqinə nəzarət edilməsi və tənzimlənməsi. 4.Qurğuda hava təyziqinə nəzarət edilməsi və tənzimlənməsi. 5.Qurğuda elektrik, temperatur və çəki dozatorları (tərəzi) cihazlarına nəzarət edilməsi və tənzimlənməsi. 6.Qurğunun hava kompressorlarına nəzarət edilməsi və tənzimlənməsi. 7.Bitumun temperaturuna nəzarət edilməsi və tənzimlənməsi. 8.İstehsal prosesində materialların temperaturuna nəzarət edilməsi və tənzimlənməsi. 9.Qurğuda asfalt qarışığına nəzarət edilməsi və tənzimlənməsi. 10.Quruducu baraban, vibro titrəşimli ələk, dozalayıcı xəzinə, təyin olunmuş resept üzrə qarışdırıcının işinə nəzarət edilməsi və tənzimlənməsi. 11.Daşıyıcı arabaçığın işinə nəzarət edilməsi və tənzimlənməsi. 12.Müəyyən edilmiş vaxtlarda texnoloji rejim parametrlərinin qeydiyyatının aparılması. 13.İstehsalın prosesinin pozulması səbəblərinin aşkar edilməsi və qarşısının alınması. KVALİFİKASİYA TƏLƏBLƏRİ: Peşə təhsili (Müvafiq sahə üzrə). 2 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR: Dürüstlük, Etik davranış, Keyfiyyət yönümlülük, Məsuliyyət, Nizam-intizam, Peşəkarlıq, Şifahi özünüifadə, Asfalt-beton istehsalı ƏMƏK HAQQI MƏLUMATLARI : Əmək haqqı: 5.86 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 8 faiz ödəniş edilir. DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilməlidir Bilm əlidir • İdarə olunan maşın və mexanizmlərin quruluşunu, onların istismarını, texniki xidməti və profilaktik təmiri üzrə qayda və təlimatları; • İşin, material və qurğuların elementlərinin keyfiyyətinə qoyulan texniki tələblərini; • Yanacaq və sürtkü materiallarının, elektrik enerjisinin məsrəf normalarını; • Asfalt qarışıqlarının əsas xüsusiyyətlərini və tərkiblərini; • Asfalt qarışıqlarının hazırlanma üsullarını; • Material və qarışıqların keyfiyyətinə qoyulan əsas tələbləri; • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. Elanın bitmə tarixi: 08.10.2026 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq