Now hiring

Əl ilə qaynaqda elektrik qaynaqçısı (4770, AZ) @ SOCAR

4770, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vakansiyanın təsviri Armaturlama və məftil çəkmə sahəsi (DBMİB) ÜMUMİ MƏLUMATLAR SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək. Müəssisə: SOCAR, Neftqaztikinti tresti Struktur vahidi: Armaturlama və məftil çəkmə sahəsi (DBMİB) Kateqoriya: İxtisaslı fəhlə Vəzifənin adı: Əl ilə qaynaqda elektrik qaynaqçısı Dərəcə: 5 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Mürəkkəb aparatların, düyünlərin, texnoloji konstruksiyaların və müxtəlif poladlardan, əlvan metallardan və ərintilərdən hazırlanmış boru kəmərlərinin əl ilə qövsü və plazmalı qaynaq etmək; • Daşıyıcı və əhəmiyyətli dəmirbeton konstruksiyaların armaturasını, bünövrələri, sütunları, örtükləri və s. qaynaq etmək; • Yüksək karbonlu, lehimlənmiş və xüsusi poladlardan və çuqundan hazırlanmış xüsusilə mürəkkəb detalların əl ilə qövsü oksigenlə kəsmək; • Qaynaq tikişinin bütün fəza vəziyyətlərində bloklu yerinə yetirilmədə konstruksiyaları qaynaq etmək; • Maşın, mexanizm və konstruksiyaların əhəmiyyətli detallarının defektlərinin lehimləyib calamaq; • Karbonlu poladlardan hazırlanmış, təzyiq altında işləyən və lehimlənmiş poladlardan hazırlanmış təzyiqsiz işləyən aparatların qaynaq etmək; • Daşıyıcı və əhəmiyyətli dəmirbeton konstruksiyaların armaturasını, bünövrələri, sütunları, örtükləri və s. qaynaq etmək; • Kran arabacıqlarının balkaları və traveslərini qaynaq etmək; • Lövhəli metaldan olan tikinti və texnoloji konstruksiyaların bloklarını qaynaq etmək; KVALİFİKASİYA TƏLƏBLƏRİ: Peşə təhsili (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə). 1 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. Qaynaq işləri üzrə sertifikat tələb olunur. Arqon qaynağı sahəsində praktiki bacarıqlar üstünlükdür. ƏMƏK HAQQI MƏLUMATLARI : Əmək haqqı: 5.33 azn saatlıq Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir Zərərli iş şəraitinə görə əlavə 12 faiz ödəniş edilir. DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) Bilməlidir Müxtəlif tipli qaynaq maşınlarının elektrik sxemlərini və konstruksiyalarını; Metalların texnoloji xassələrini. Qaynaq tikişinin qoyulmasını və qaynaq rejiminin texnoloji ardıcıllığının seçilməsini; Əhəmiyyətli qaynaq tikişlərinə nəzarətin və sinaqdan keçirmənin üsullarını; Mürəkkəb fəza metalkonstruksiyalarının cizgilərinin oxunmasını; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. Elanın bitmə tarixi : 08.10.2026 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores