Now hiring

Böyük mühəndis (Logistika üzrə) (Bakı, AZ) @ SOCAR

Bakı, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Baş ofis, Satınalma Əməliyyatlarına Dəstək Departamentinin, Çatdırılma və logistika şöbəsində böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: 🔹 Logistika əməliyyatları və proseslərini təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; 🔹Yüklərin daşınması üçün optimal logistika marşrutlarını və multimodal həlləri müəyyən etmək; 🔹 Layihə, iriölçülü və ağırçəkili yüklərin daşınması üzrə logistika həllərinin hazırlanmasında iştirak etmək; 🔹 Logistika xərclərini təhlil etmək və optimallaşdırma imkanlarını müəyyən etmək; 🔹 Logistika xidmət təminatçıları və onların təkliflərinin texniki qiymətləndirilməsində iştirak etmək; 🔹 Logistika layihələri üzrə planlaşdırma, koordinasiya və monitorinq işlərini həyata keçirmək; 🔹 Logistika üzrə məlumatları təhlil etmək, hesabatlar və təqdimatlar hazırlamaq; 🔹 Logistika KPI-larının monitorinqində iştirak etmək; 🔹 SOCAR-ın struktur bölmələri və Qrup müəssisələri ilə logistika məsələləri üzrə koordinasiya aparmaq; 🔹 Logistika proseslərində riskləri, əlavə xərcləri və prosesdən kənarlaşmaları müəyyən etmək və onların qarşısının alınması üzrə təkliflər hazırlamaq; 🔹 Logistika proseslərinin standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək; Namizədə tələblər: 🔹 Logistika, nəqliyyat, təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi ; 🔹 Logistika və ya təchizat zənciri sahəsində 5 il iş təcrübəsi; 🔹 Beynəlxalq və multimodal daşımalar üzrə bilik və təcrübə; 🔹 Layihə logistikasında təcrübə üstünlükdür; 🔹 Logistika xərclərinin və marşrutların təhlili üzrə bacarıq; 🔹 Təyin edilmiş kateqoriya üzrə əsas məhsullar, təchizatçılar və xidmətlər daxil olmaqla, kateqoriyanın xüsusiyyətləri barədə yaxşı anlayış; 🔹 CIPS, APICS CSCP/CLTD, FIATA, PMP və ya logistika və layihələrin idarə edilməsi üzrə digər beynəlxalq sertifikatların olması üstünlükdür; 🔹 Güclü analitik düşüncə, kommunikasiya və problem həll etmə bacarığı; 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır); 🔹 MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı. Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; 🔹 Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son mürciət tarixi: 09.10.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores