Now hiring

Boru sistemləri stresi və dayaqları üzrə aparıcı mütəxəssis (Baku, AZ) @ SOCAR

Baku, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Vəzifənin adı: Boru sistemləri stresi və dayaqları üzrə aparıcı mühəndis SOCAR Downstream MMC, Mühəndislik Departamenti Boru sistemləri stresi və dayaqları üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir Əsas vəzifə öhdəlikləri: Yüksək təzyiqli və yüksək temperaturlu boru sistemləri üçün CAESAR II və ya ekvivalent proqram təminatından istifadə etməklə detallı statik və dinamik boru stres analizlərini həyata keçirmək, Təhlükəsizlik və normativ tələblərə uyğun layihələrin təmin edilməsi məqsədilə istilik genişlənməsi, çəki, təzyiq qüvvəsi, külək və seysmik təsirlər, eləcə də avadanlıq nozllarına düşən yükləri təhlil etmək, Dayaqların layihələndirilməsi üçün stres analiz hesabatlarını, nozl yüklərinin uyğunluq yoxlamalarını və yük xülasəsi hesabatlarını hazırlamaq; Konstruksiya və İnşaat Mühəndisliyi komandaları ilə koordinasiyalı şəkildə yaylı asqılar, sabit dayaqlar, məhdudlaşdırıcı dayaqlar və ankerlər daxil olmaqla boru dayaqlarının layihələrini hazırlamaq və nəzərdən keçirmək; Boru sistemlərinin eskizlərini və marşrutlarını elastiklik, dayaqların düzgün yerləşdirilməsi və inşaolunabilmə baxımından qiymətləndirmək; Kompensatorlar, sabit və sürüşən dayaqlar, eləcə də mexaniki avadanlıqlarla əlaqəli təchizatçı sənədlərini nəzərdən keçirmək; Stres-kritik boru xətlərinin düzgün marşrutlandırılmasını və boru dayaqlarının adekvatlığını təmin etmək məqsədilə boru sistemləri mühəndisləri və digər mühəndislik sahələri ilə koordinasiyada olmaq; 3D model baxışları, inşaolunabilmə təhlilləri və layihələndirmə yoxlamaları zamanı texniki rəy və məlumat təqdim etmək; SDM-in Müəssisə İstismarı, Texniki Təmir və ya Bütövlük və Etibarlılıq komandalarından daxil olan stres analizi və boru dayaqları ilə bağlı sahə texniki sorğularını həll etmək; Layihə spesifikasiyalarına, zavod tələblərinə, ASME B31.3, API, ISO daxil olmaqla beynəlxalq normalara və tətbiq olunan milli standartlara uyğunluğu təmin etmək; Boru sistemlərində stres analizi ilə əlaqəli material və avadanlıqlar üzrə satınalmalar üçün texniki aydınlaşdırmalarda və təchizatçıların qiymətləndirilməsi prosesində iştirak etmək; Mühəndislik podratçılarından SDM-in mərkəzləşdirilmiş sənəd sisteminə gələn layihə sənədlərini yoxlamaq və rəy bildirmək; Namizədə tələblər: Mexanika Mühəndisliyi və ya bənzər texniki sahə üzrə bakalavr dərəcəsi. Boru Sistemlərində Stres Analizi üzrə texniki təlim biliyi (arzuolunandır). Namizədin neft və qaz sənayesinin mühəndislik sahəsində 8 il iş təcrübəsi olmalıdır; Neft və qaz sənayesində boru dayağı sistemlərinin layihələndirilməsi, boru sistemlərinin stres analizi üzrə minimum 5 il iş təcrübəsi; ASME, QOST və API standartları barədə bilik və onların sənaye layihələrində tətbiqi üzrə praktiki təcrübə. İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu) Son müraciət tarixi: 10 Oktyabr 2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores