Now hiring

Tornaçı (Bakı, AZ) @ SOCAR

Bakı, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. ÜMUMİ MƏLUMATLAR: Vəzifənin adı: Tornaçı Kateqoriya: İxtisaslı fəhlə Dərəcə: 4 Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi Təşkilat: Dalma Qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi Struktur bölmə: Mexaniki-yığma sahəsi ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: İşçi alət və avadanlıqları və iş yerini emala hazırlamaq; Dəzgahın sıradan çıxması (dişli çarxları, statinanın sıradan çıxması) halında məlumatlandırmaq; Dəzgahın sazlığını yoxlamaq; Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması təlimatında imza atmaq; İç yonucu aləti itiləmək; İşçi mühafizə vasitələri geyinmək; İşdən öncə təlimatlandırma vərəqəsində imza atmaq; Kəsici alətlərini cilalama-itiləmə dəzgahında itiləmək; Kəsici-bölücü aləti itiləmək; ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Sıradan çıxan dəzgahı söndürmək; Ştanger-pərgah ölçü xətlərini ölçənin sazlığını yoxlamaq; Torna dəzgahının ətrafını təmizləmək; Torna dəzgahının gözlüyünün yağının səviyyəsini yoxlamaq; Torna dəzgahının işçi hissələrini yağlamaq; Torna dəzgahının işıqlandırılmasını yoxlamaq; Torna dəzgahının kəmərlərinin sazlığını yoxlamaq; Torna dəzgahını təmizləmək; Üst yonucu aləti itiləmək; Burğuları itiləmək; Deşici burğunun cilalama-itilənmə dəzgahında itiləmək; Deşik genəldənin üst hissənin işə yararlığını yoxlamaq; Dəzgahın soyutma sisteminin işlənməsi üçün emulsiyanı tökmək; Dəzgahın soyutma su nasosunun nasazlığı barədə məlumat vermək; Düzünə yonucu aləti itiləmək; ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: İşçi mühafizəsi vasitələrinin yararlığını yoxlamaq; Torna dəzgahının sanqasının işçi çarxların qırıntılardan təmizləmək; Sumbata kağızı ilə mikrommetrin ölçən ucluğunu təmizləmək; Sumbata kağızı ilə mikrommetrin ölçənin sazlığını yoxlamaq; Torna dəzgahının yumrucuğunun içinin yonmaq; Torna dəzgahının patronunun yumrucağının yerini yağlamaq Xətkeşin sazlığını yoxlamaq; Yiv-açan aləti itiləmək; Yiyənin sazlığını yoxlamaq; Zinkerinin işə yararlığını yoxlamaq; Kəskinin blokunun işə yaralılğını yoxlamaq; Kəskinin lövhəsinin işə yaralılğını yoxlamaq; İstiqamətləndirici aparatları emala hazırlamaq; İstiqamətləndirici aparatları iş masasına yığmaq; ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ: İstiqamətləndirici aparatı pistonda bərkitmək; İstiqamətləndirici aparatların emalı və təkrar təmiri; İstiqamətləndirici aparatın üstünü yonmaq; İstiqamətləndiciri aparatı içdən yonmaq; İstiqamətləndirici aparatı hündürlük hissəsindən kəsmək; İstiqamətlənmdirci iç hissəsinin iti tinlərinin kütləşdirmək; İstiqamətləndirici aparatın pərlərinin dolmuş hissələri təmizləmək; VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR: Dalma nasosları üçün detalların hazırlanması İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər KVALİFİKASİYA TƏLƏBLƏRİ: Təhsil: Tam orta təhsil İxtisas: Staj: Ştaj tələbi yoxdur Digər: İ ş şəraiti: Quruda ƏMƏK HAQQI MƏLUMATLARI: Əmək haqqı: 3.84 AZN (saatlıq) Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir. DİGƏR MƏLUMATLAR: Tibbi sığorta: Təmin olunur İş yerinə çatdırılma: Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur. İŞ REJİMİ: 5 gün 8 saatlıq İş saat 8:00-da başlayır, 17:00-da bitir. Nahar fasiləsi: 12:00-13:00 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores