About this role
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi i stehsalat təlim ustası (Dalğıc və BOSİET təlimlərinin tədrisi üzrə) vəzifəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Struktur vahidi: Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Vəzifənin adı: istehsalat təlim ustası (Dalğıc və BOSİET təlimlərinin tədrisi üzrə) Dərəcə: 13 Vəzifənin icra etdiyi funksiyalar: Müvafiq tədris kursunun materiallarının toplanması; Toplanmış materialların Təlim mərkəzinin rəhbərliyi ilə müzakirəsi və razılaşdırılması; Tədris plan və proqramlarının tərtib edilməsi; Kursları tədris planlarına uyğun aparmaq; Digər mütəxəssislərlə əməkdaşlıq edərək təlim mərkəzinin inkişafında fəal iştirak etmək; Təlim və tədrisin keyfiyyətinin artırılması və inkişaf istiqamətində işlər görmək və təkliflər irəli sürmək, inkişaf edən texnologiyaların yeniliklərini nəzərə alaraq tədrisin maddi texniki bazasını inkişaf etdirmək; Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək; Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüsün inkişafına, səməriləşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək etmək; Texniki cəhətdən əsaslandırılmış norma və normalaşdırılmış tapşırıqların tətbiqini həyata keçirmək; Əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak etmək; Dinləyicilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək. Vəzifə üzrə işə qəbul tələbləri: Bakalavr təhsil (müvafiq sahələri üzrə); Minimum 2 il iş təcrübəsi (mütəxəssis vəzifələrində); Dalğıc işləri üzrə 2 (iki) ildən yuxarı iş stajı olmalıdır; BOSİET təliminin tədrisi üzrə vakansiyanın tələbinə uyğun sertifikatları olmalıdır; Ali təhsilli olmalıdır (hərbi və digər qeyri-mülki təhsil istiqamətləri vakansiyanın tələbinə uyğun deyil); MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel); Ümumi və texniki ingilis dili - orta; rus dili - orta; Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı. Bilməlidir : Tədris proqramına uyğun metodiki vəsaitlərin hazırlanmasının həyata keçirilməsi; Tədris plan və proqramına uyğun praktiki kursların tədris edilməsi; Təlim kursu keçən dinləyicilərin nizam-intizam və təhlükəsizlik qaydalarına rəayət etmələrinə nəzarət olunması; Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatının (OPITO) BOSİET təlimi üzrə standartının tələblərini; “Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar”ın ümumi tələblərini; OPITO standartlarının tələblərinə uyğun “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSİET) kursunun tədrisini və paraktiki təliminin keçirilməsini; Dəniz obyektlərində təhlükələr və ona nəzarət prinsiplərini, təhlükəsizliyin idarə edilməsi və tənzimlənməsi qaydalarını; Helikopterdə və helikopterlə səyahət zamanı təhlükəsizlik qaydalarını; Helikopterdə fövqəladə vəziyyətlərdə xilasolma üsullarına dair standartlarını; Dənizdə insan həyatının xilas edilməsi prinsiplərini və təxliyə yollarını; Qəza zamanı və ümumi fövqəladə vəziyyətlərdə ilk tibbi yardım qaydalarını; Dənizdə yanğınla mübarizə və özü-özünü xilasetmə normalarını; “LAP Təlim Jiletinə Ümumi Texniki Qulluq”; “MK50 Təlim Jiletinə Ümumi Texniki Qulluq”; Fəaliyyət sahəsinə aid, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını. Vakansiya tələbinə uyğun təlimlər: Təlimçiyə təlim sertifikatı; “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSİET)” sertifikatı; “Üzgüçülük” sertifikatı; “Hovuzda xilasetmə” sertifikatı; “Dənizdə qəza halları və təhlükəsizliyin əsasları” üzrə sertifikat; Dalğıcın Şəxsi Kitabçası. Tələb olunan digər bilik və bacarıqlar: Üzgüçülük bacarıq və qabiliyyəti və buna dair rəsmi sənədi olmalıdır; Yaş həddi 40-ə qədər olmalıdır. Güzəştlər və imtiyazlar: Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları. İş yeri: Bakı şəhəri Səbail rayonu Salyan şosesi 23 Son müraciət tarixi: 25.09.2026