About this role
Vəzifənin adı: Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru Description: SOCAR Sosial inkişaf İdarəsinin Təmir istismar sahəsnidə Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsi üzrə vakansiya elan edir. Ə sas v ə zif ə öhd ə likl ə ri: Müəssisənin balansında olan inzibati binalarda, yardımçı təsərrüfatlarda və qazanxanalarda yerləşən elektrik avadanlıqlarının profilaktik olaraq yoxlanılması, təmiri və elektrik avadanlıqlarının sazlığına nəzarət edilməsi; İnzibati binalarda, qazanxaları, yardımçı təsərrüfatlarda işıq lampaların, elektrik patronlarının və çilçıraqların yoxlanması, işıq lampalarının vaxtında dəyişdirilməsi, otaqların normal işıqlandırılmasına nəzarət edilməsi; Su nasoslarının elektrik mühərriklərinin sıxac qutularının sökülməsi və təmir edilməsi; Su nasoslarının elektrik mühərriklərinin yastıqlarının sökülməsi və dəyişdirilməsi; Generatorun yanacağının doldurulması və işlək vəziyyətdə olmasının təmin edilməsi; Xidməti otaqlardakı ofis və digər avadanlıqlarda elektrik təmir işlərinin (elektrik naqillərin bərpası, kabel ucluqlarının dəyişdirilməsi və s.) yerinə yetirilməsi; İstifadəyə yararsız olan elektrik avadanlıqlarının siyahısının hazırlanması, təmirə ehtiyacı olan elektrik avadanlıqlarının siyahısının tutulması və rəhbərliyə təqdim olunması; İnzibati bina sahəsinin işıqlandırma sistemi və səyyar elektrik ehtiyacının təmin edilməsi. Namiz ə d ə t ə l ə bl ə r: Orta ixtisas təhsili (müvafiq sahə üzrə); Sahə üzrə 1 il iş təcrübəsi ; Peşəkarlıq; Dürüstlük; Məsuliyyət; Nizam-intizam. Biz n ə t ə klif edirik? ƏÖD - 5; Aylıq əmək haqqı saatlıq tarif maaşı 4.33 (694 manat); Peşəkar iş mühiti; Aylıq iş günlərinin sayına uyğun gündəlik yemək xərci 5 (beş) manat. İş yeri: SOCAR Sosial inkişaf İdarəsinin Təmir istismar sahəsi Qaraçuxur qəs.Ə.Mehbalıyev küç.10. Son müraciət tarixi: 25.09.2026.