About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. ÜMUMİ MƏLUMATLAR Vəzifənin adı Proqramla idarə olunan dəzgahı operatoru Kateqoriya İxtisaslı fəhlə Vəzifə kodu 20202668 Vakansiya nömrəsi 1773 Dərəcə 5 Müəssisə SOCAR, “Azneft” İstehsalat Birliyi Təşkilat Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi Struktur bölmə Mexaniki-yığma sahəsi ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ Proqramla idarə olunan dəzgahları idarə etmək; Xüsusən mürəkkəb və məsul çoxlu keçidləri olan detalların yerdəyişməsini və kombinasiyalı bərkitməni tələb edən detalların 6-7-ci kvalitetlər ( 1-2-ci dəqiqlik dərəcələri ) üzrə emalı prosesini aparmaq; Sazlanmadan sonra nümunəlik detalları emal etmək; Emal edilmiş hissələrin cizgiyə əsasən ölçülərini izləmək; Alətlərin dəzgahda düzgün qurasdırılması, istifadədən əvvəl və emal bitdikdən sonra bərkidici hissələri yoxlamaq; Proqramda emal zamanı alınan ölçü xətalarına düzəliş etmək; Rəqəmsal dəzgahın işlədiyi müddətdə dəzgahdan aralanmamaq və emal proqramının tam bitməsini gözləmək; Əmək mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarının öyrənilməsi və struktur bölmənin işində tətbiq edilməsidə iştirak etmək; İş yerini işə hazırlamaq və işin sonunda yığışdırmaq; Əsasnamədən və peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarının icra etmək; İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək; VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR Mexaniki avadanlıq qurğuların təmiri İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər KVALİFİKASİYA TƏLƏBLƏRİ Təhsil Orta ixtisas təhsil İxtisas Müvafiq sahə üzrə Staj Ştaj tələbi yoxdur Digər I ş şəraiti Quruda ƏMƏK HAQQI MƏLUMATLARI Əmək haqqı: 4.33 AZN (saatlıq) Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir. DİGƏR MƏLUMATLAR Tibbi sığorta Təmin olunur İş yerinə çatdırılma Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur. İŞ REJİMİ 5 gün 8 saatlıq İş saat 8:00-da başlayır, 17:00-da bitir. Nahar fasiləsi: 12:00-13:00 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.