Now hiring

Aparıcı iqtisadçı (Biznesin inkişafı üzrə) (Baku, AZ) @ SOCAR

Baku, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Baş ofis, Qurumların birləşmə, alınma və ayrılması üzrə iş şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: İnorqanik investisiya imkanları üzrə ilkin qiymətləndirmə (screening) hesabatları, analitik arayışlar (memo) və xülasələr hazırlamaq; Həssaslıq və ssenari təhlilləri daxil olmaqla ətraflı maliyyə təhlilləri aparmaq; İnvestisiya imkanlarını qiymətləndirmək üçün mürəkkəb maliyyə modelləri qurmaq və onları mütəmadi yeniləmək; Potensial investisiya imkanlarının ədalətli bazar dəyərini (fair market value) müəyyən etmək və strateji addımlara dair tövsiyələr vermək; Niyyət məktublarının (LOI), alqı-satqı müqavilələrinin (SPA) və digər sənədlərin hazırlanmasında rəhbərliyə və aidiyyəti tərəflərə dəstək göstərmək; Qanunvericilik, tənzimləyici tələblər və müqavilə şərtləri ilə bağlı məsələlərin həlli üçün hüquq, uyğunluq və maliyyə funksiyaları ilə sıx əməkdaşlıq etmək; Potensial investisiyalar üzrə kompleks təhlil (due diligence) prosesini şirkətin daxili resursları ilə həyata keçirmək, maliyyə məlumatlarının düzgünlüyünü və etibarlılığını qiymətləndirmək; Ətraflı təhlillər əsasında aydın və əsaslandırılmış investisiya tövsiyələri hazırlamaq; Əsas təhlil nəticələrini və potensial təsirləri izah etməklə investisiya təkliflərini təqdim etmək. Namizədə tələblər: Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür); Sahə üzrə 5 il iş təcrübəsi (beynəlxalq iş təcrübəsi və ya beynəlxalq şirkətlərdə iş təcrübəsi üstünlük hesab olunur); Korporativ maliyyə üzrə biliklər (maliyyə modelləşdirməsi, qiymətləndirmə metodları və məlumatların təhlili üzrə bilik və bacarıqlar); MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən peşəkar səviyyədə istifadə bacarığı; Bazar araşdırması: İnvestisiya qərarlarına təsir göstərə biləcək iqtisadi göstəriciləri, bazar tendensiyalarını və geosiyasi hadisələri araşdırmaq və izləmək bacarığı; Kəmiyyət təhlili: Statistik təhlil və ssenari modelləşdirməsi üsullarından istifadə etməklə risk və gəlirlilik göstəricilərini qiymətləndirmək bacarığı; Qiymətləndirmə metodları: İnvestisiyaların fundamental dəyərini (intrinsic value) müəyyən etmək üçün diskontlaşdırılmış pul axınları (Discounted Cash Flow - DCF), oxşar şirkətlərin müqayisəli təhlili (Comparable Company Analysis - CCA) və əvvəlki oxşar əqdlərin təhlili (Precedent Transactions) metodlarını dərindən bilmək və peşəkar səviyyədə tətbiq etmək bacarığı; Mürəkkəb maliyyə məlumatlarını və investisiya tövsiyələrini maliyyə üzrə mütəxəssislərə və digər aidiyyəti tərəflərə aydın və anlaşılan şəkildə çatdırmaq bacarığı; Şirkətin müxtəlif bölmələri və aidiyyəti tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı; Tapşırıqları müəyyən edilmiş müddətlərdə yerinə yetirmək və məqsədlərə nail olmaq üçün vaxtdan və resurslardan səmərəli istifadə etmək bacarığı; Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili biliyi üstünlükdür); CFA, FMVA və ya əlaqədar digər sertfikatların olması üstünlükdür. Biz nə təklif edirik? Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 27.09.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores