About this role
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi təmirçi-çilingər peşəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Struktur vahidi: Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Peşənin adı: Təmirçi - çilingər Dərəcə: 5 Vəzifənin icra etdiyi funksiyalar: Xüsusi mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınması, tənzimlənməsi və təmirdən sonra təhvil verməsi işlərini yerinə yetirməsi; Detal və qovşaqların 6-7 kvalitetlər (1-2c dəqiqlik dərəcəsi) üzrə çilingər emalı; Gərgin və kip oturma şəratində qovşaq və avadanlığın sökülməsi, təmiri və yığılması. Vəzifə üzrə işə qəbul tələbləri: Əsas və ya ümumi orta təhsilli şəxs təyin edilir; Minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə) Bilməlidir: Təmir edilən avadanlığın, aqreqat və maşınların təmiri, yığılması, sınanması, nizamlanması, qoyulan texniki şərtlərə əsasən düzgün qurulması qaydalarını bacarıqları; Avadanlığın təmiri, yığılması və düzgün quraşdırılması üzrə texnoloji prosesini; Mürəkkəb nişanlama üzrə həndəsi quruluşları, detalların vaxtından əvvəl aşınmasını müəyyən etmə üsullarını; Köhnəlmiş detalları bərpa edib mökəmləndirmə və qoruyucu örtüyü vurma üsullarını; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını; Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı. Güzəştlər və imtiyazlar Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları. İş yeri: Bakı şəhəri Səbail rayonu Salyan şosesi 23 Son müraciət tarixi: 18.09.2026